| 
						 
						
						"Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil 
						müəssisələrində çalışan işçilərin yeni vəzifə 
						maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq 
						edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli 
						qərarının ləğv edilməsi barədə" Nazirlər Kabinetinin 22 
						oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarını elan 
						edirəm:    
						
						
						
						"Azərbaycan Respublikasinin Nazirlər Kabineti  
						
						
						
						QƏRAR  
						
						
						
						№ 244  
						
						
						
						Bakı şəhəri, 22 oktyabr 2012-ci il  
						
						
						"Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil 
						müəssisələrində çalışan işçilərin yeni vəzifə 
						maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq 
						edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli 
						qərarının ləğv edilməsi barədə 
						
						
						  
						
						
						"Ali təhsil müəssisələrində yeni maliyyələşmə 
						mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan 
						Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 
						220 nömrəli Fərmanının 5.5-ci bəndinə əsasən Azərbaycan 
						Respublikasının Nazirlər Kabineti 
						
						  
						
						
						
						QƏRARA ALIR:  
						
						
						"Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil 
						müəssisələrində çalışan işçilərin yeni vəzifə 
						maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq 
						edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli 
						qərarı (Azərbaycan Respublikasının Qanunvericilik 
						Toplusu, 2008, № 9, maddə 858; 2010, № 5, maddə 475) 
						ləğv edilsin.  
						
						
						
						Artur RASİ-ZADƏ, 
						Azərbaycan Respublikasının Baş naziri"  
						
						
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət 
						büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində 
						çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə 
						maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 
						12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi 
						barədə" Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il 
						tarixli 244 nömrəli Qərarının icrasını təmin etmək 
						məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət 
						büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində 
						çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə 
						maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 
						12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi 
						barədə" Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il 
						tarixli 244 nömrəli Qərarı rəhbərlik və icra üçün qəbul 
						edilsin.  
						
						
						2. Dövlət ali təhsil müəssisələrinin rəhbərlərinə 
						tapşırılsın: 
						
						
						2.1. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə 
						mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan 
						Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 
						Fərmanın icrası olaraq dövlət büdcəsinin vəsaiti 
						hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində 
						kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi 
						əsasında həyata keçirildiyi üçün rəhbərlik etdikləri ali 
						təhsil müəssisəsində çalışan işçilərin vəzifə 
						maaşlarının əmək qanunvericiliyinin və müvafiq 
						normativ-hüquqi aktların tələbləri gözlənilməklə sərbəst 
						şəkildə müəyyən etsinlər; 
						
						
						2.2. işçilərlə əmək qanunvericiliyinin tələblərinə uyğun 
						müqavilələrin bağlanılmasını təmin etsinlər; 
						
						
						2.3. Qərarın icrasından irəli gələn digər məsələlərin 
						həllini təmin etsinlər. 
						
						
						3. Aparatın rəhbərinə (İ.Pirməmmədov), Ali və orta 
						ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) və İqtisadiyyat 
						şöbəsinə (Ş.Əliyev) aidiyyəti üzrə tapşırılsın: 
						
						
						3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
						"Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil 
						müəssisələrində çalışan işçilərin yeni vəzifə 
						maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq 
						edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli 
						qərarının ləğv edilməsi barədə" Nazirlər Kabinetinin 22 
						oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarından irəli 
						gələn tapşırıqların dövlət ali təhsil müəssisələri 
						tərəfindən vaxtında icra olunmasına mütəmadi nəzarəti 
						təmin etsinlər. 
						
						
						4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
						"Azərbaycan müəllimi" qəzetində dərc edilməsini və 
						nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin 
						etsin. 
						
						
						5. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılmasını və dövlət 
						ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin. 
						
						
						6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						12 noyabr 2012-ci il  |