| 
						 
						
						Budapeştdə keçirilən Beynəlxalq Təhsil Sərgisi işini 
						başa çatdırmışdır. Sərginin builki iştirakçıları 
						arasında Azərbaycan Diplomatik Akademiyası (ADA) da 
						olmuşdur.  
						
						
						AzərTAc xəbər verir ki, Azərbaycanın bu yeni və nüfuzlu 
						təhsil mərkəzini beynəlxalq miqyaslı tədbirdə ADA-nın 
						əməkdaşı Samirə Ağayeva təmsil etmişdir.  
						
						
						Regionun ilk diplomatik akademiyası kimi sərgi 
						çərçivəsində ADA-nın fəaliyyətinə böyük maraq 
						göstərilmiş, S.Ağayevanın Budapeştin ATV televiziya 
						kanalı ilə müsahibəsi verilmişdir.  
						
						
						Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı 
						ilə ölkənin ən böyük tədris müəssisələrindən biri olan 
						Korvinus Universitetində bakalavr və magistrantlardan 
						ibarət auditoriya qarşısında ADA-nın geniş təqdimatı 
						keçirilmişdir. Təqdimat zamanı əvvəlcə Azərbaycan 
						haqqında sənədli film nümayiş etdirilmişdir. Daha sonra 
						ADA-nın bakalavr və magistr pillələri üzrə təhsil 
						proqramları, təqaüd sistemi, əcnəbi tələbələrin qəbulu, 
						akademiyanın yeni şəhərciyi və beynəlxalq əlaqələr 
						barəsində ətraflı məlumat verilmişdir.  |