| 
						 
						
						Təhsil nazirinin əmrinə müvafiq olaraq Astara şəhərində 
						ümumtəhsil məktəblərinin  rəhbər işçiləri üçün kurikulum 
						təlim kursu keçirilib. 
						
						
						Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, fənn 
						kurikulumlarının tətbiqi sahəsində təhsil işçilərinə 
						peşəkar səviyyəli metodiki köməyin təmin olunmasına 
						xidmət edən təlimçilər qrupunun hazırlanması üçün 
						öyrədici treninqlərin keçirilməsi məqsədilə məşğələlərə 
						rayonun 26 məktəb direktoru cəlb edilib. 
						
						
						Təlim məşğələlərində Təhsil Nazirliyinin nümayəndələri 
						iştirak ediblər. 
						
						
						On bir gün davam edən kursun sonunda qiymətləndirmənin 
						nəticələrinə görə göstəriciləri uğurlu hesab edilən 
						müdavimlərə müəyyən olunmuş formada "Öyrədənləri 
						öyrədən" sertifikatı verilib. 
						
						
						Rəşad ZİYADOV  |