| 
						 
						
						Qazax Rayon Təhsil Şöbəsindən bildirmişlər ki, rayonun 
						Çaylı kənd 2 nömrəli, Daş Salahlı kənd 2 nömrəli, 
						Ürkməzli kənd və Xanlıqlar kənd ümumi orta məktəblərinin 
						tikintisinə, Kəmərli kəndindəki tam orta məktəbdə isə 
						əsaslı təmir işlərinə başlanılmışdır. 
						
						
						Bundan əlavə, Canallı kənd tam orta məktəbi üçün inşa 
						olunan məktəb binasında son tamamlama işləri aparılır.  
						
						
						Rəşad RAMAZANOĞLU   |