| 
						 
						
						 Bakının 
						Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta 
						məktəbdə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş 
						"Göz açıb ey vətən, mən səni gördüm" mövzusunda 
						ədəbi-bədii tədbir keçirilib.  
						
						
						Məktəbin akt zalında şagirdlər, müəllimlər və  
						valideynlərin iştirakı ilə reallaşan  tədbiri giriş sözü 
						ilə məktəbin direktoru  Zinyət Tağıyeva açıb. Dövlət 
						himni səsləndirilib. Sonra Z.Tağıyeva Konstitusiyamızın 
						yaranma tarixi, ulu öndər Heydər Əliyevin 
						Konstitusiyanın qəbul olunmasında misilsiz 
						xidmətlərindən söz açıb, Prezident İlham Əliyev 
						cənablarının bu sahədəki fəaliyyəti bir daha 
						iştirakçıların diqqətinə çatdırılıb. 
						
						
						Qeyd edilib ki, 2200-dən artıq şagirdin təhsil aldığı, 
						200-dən artıq müəllimin işlədiyi bu təhsil ocağının 
						fəaliyyəti müstəqil Azərbaycanda təhsilə göstərilən 
						diqqətin təzahürüdür. Bu imkanları bizim üçün yaradan 
						müstəqil Azərbaycanın qurucusu ulu öndər  Heydər 
						Əliyevdir.   
						
						
						Məktəbin pedaqoji kollektivi də bu qayğıya layiq 
						olduğunu öz işi ilə təsdiqləyir. Təkcə 2011-2012-ci 
						tədris ilində məktəbi bitirmiş  84 şagirddən 40 nəfəri 
						ali məktəblərə qəbul olunub. Onlardan ikisi Türkiyədə və 
						Ukraynada təhsilini davam etdirir. Qəbul olunan 
						məzunların əksəriyyəti yüksək bal toplayıb, biri isə 675 
						bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. 
						
						
						Məktəb müəllimlərinin əməyi də  dövlətimiz tərəfindən 
						yüksək qiymətləndirilib. Bu qayğının bariz nümunəsi kimi 
						hazırda tədris ocağında  "əməkdar müəllim" fəxri adına 
						layiq görülmüş  və "Ən yaxşı müəllim" müsabiqəsinin 
						qalibi olan pedaqoqlar çalışırlar.  
						
						
						Direktor bildirib ki, məktəbdə şagirdləri vətənə 
						məhəbbət ruhunda tərbiyə edirik. Bugünkü ədəbi-bədii 
						kompozisiyanı da məzunumuz, hazırda məktəbimizdə  musiqi 
						müəllimi işləyən  Nazimə Quliyevanın  rəhbərliyi altında 
						şagirdlər  hazırlayıb və burada səslənəcək əksər 
						mahnıların sözləri də Nazimə müəllimə məxsusdur. 
						 
						
						
						Sonra tədbirdə şagirdlərdən ibarət  vokal qrupu 
						Azərbaycana həsr edilmiş mahnı oxuyub.  Məktəblilər 
						tərəfindən həmçinin Vətənə, Dövlət bayrağına, ulu öndərə 
						həsr olunmuş  mahnılar ifa edilib.  
						
						
						ƏDALƏT   |