| 
						 
						
						 Naxçıvan 
						Dövlət Universitetində Beynəlxalq tələbə həftəsinə həsr 
						olunmuş "Nə? harada? nə zaman?" bilik  yarışması üzrə 
						tələbələrarası I seçim turu keçirildi.  
						
						
						Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə 
						elmləri doktoru, professor Məmməd Rzayev ümummilli lider 
						Heydər Əliyevin siyasi kursunun bu gün uğurla davam 
						etdirilməsindən, ölkədə aparılan təhsil və gənclər 
						siyasətinin uğurundan danışdı. Qeyd olundu ki,  17 
						noyabr 1939-cu il tarixində Praqada faşizm əleyhinə 
						mitinqdən sonra 9 tələbə və müəllim edam edilib. Bu gün 
						1941-ci ildən Londonda Beynəlxalq Tələbələr Günü kimi 
						qeyd edilməyə başlamışdır. İndi də bu gün Avropada və 
						bütün dünyada milli tələbə birlikləri tərəfindən qeyd 
						edilməkdədir. Ölkəmizdə isə bu tarix ulu öndər Heydər 
						Əliyevin təşəbbüsü ilə 1996-cı ildən keçirilir. 
						
						
						Sonra universitet gənclər təşkilatının sədri Arzu 
						Abdullayev öz çıxışında yarışın şərtləri və qaydaları 
						haqqında ətraflı məlumat verdi.  
						
						
						Doqquz komandanın iştirakı ilə keçirilən yarışda 45 
						tələbə iştirak etdi. Üç mərhələdə keçirilən gərgin bilik 
						yarışmasının qalibi olan "Əlincə" komandası  Bakı 
						şəhərində keçiriləcək final turuna vəsiqə qazandı.
						
						
						  
						
						
						Leyla HƏMZƏYEVA   |