| 
						 
						
						  Bu 
						günlərdə SDU-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin 
						təşəbbüsü ilə Sumqayıt şəhər Gənclər və İdman Baş 
						İdarəsi və Gənc İstedadlara Dəstək Fondu tərəfindən 
						"Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır!" devizi 
						ilə universitet tələbələrinin iştirakı ilə növbəti 
						tədbir keçirildi. 
						
						
						Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə İş şöbəsinin 
						müdiri Rüstəm Sadıqzadə  orta və ali təhsil ocaqlarında 
						silsilə xarakter daşıyan bu cür görüşlərin 
						əhəmiyyətindən danışdı. 
						
						
						Daha sonra narkotik vasitələrin istifadəsinin yaratdığı 
						fəsadları özündə əks etdirən 8 dəqiqəlik film nümayiş 
						etdirildi. 
						
						
						Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi Kamil 
						Mehdiyev narkotik maddələrdən asılılıq, onun fəsadları 
						barədə məlumat verdi.  |