| 
						 
						
						 Bakı 
						Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Akt  
						zalında Qarabağ müharibəsindən bəhs edən və tanınmış 
						ziyalı, Milli Məclisin deputatı, jurnalist və yazıçı 
						Aqil Abbasın eyniadlı romanının motivləri əsasında 
						çəkilmiş "Dolu" filmi nümayiş etdirildi. Məktəb-lisey 
						kompleksi pedaqoji kollektivinin, Şagird parlamentinin, 
						universitetin filologiya və jurnalistika fakültələri 
						tələbələrinin xahişi ilə baş tutan nümayişə ssenarinin 
						müəllifi, filmin direktoru, aparıcı rolların ifaçıları, 
						yaradıcı heyətin digər üzvləri  iştirak ediblər. 
						 
						
						
						Nümayişdən öncə film haqqında, bu cür sənət 
						nümunələrinin müasir Azərbaycan tamaşaçısı üçün 
						vacibliyi barədə danışan BSU-nun professoru, 
						Məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov 
						yaradıcı heyətin məktəbə gəlişinin böyük əhəmiyyət kəsb 
						etdiyini vurğuladı, qonaqlara minnətdarlığını bildirdi.
						 
						
						
						Yazıçı Aqil Abbas, filmin direktoru Elxan Əliyev, baş 
						rollardan birinin ifaçısı Məmməd Səfa çıxış edərək film 
						haqqında dolğun təsəvvür yaratmağa çalışdılar. Film 
						nümayiş etdirildikdən sonra gənclər yaradıcı heyət 
						üzvləri ilə xatirə şəkli çəkdirdilər. Yazıçı Aqil Abbas 
						öz kitablarını tələbə və şagirdlərə, məktəb 
						kitabxanasına hədiyyə etdi.   
						
						
						
						Şakir CƏFƏROV  |