| 
						 
						
						 Naxçıvan Müəllimlər İnstitutunda "Mənəviyyat" adlı 
						diskussiya klubu yaradılıb. Bu klubun yaradılmasında 
						məqsəd tələbələrin mədəniyyət tariximizə olan marağını 
						artırmaq, şifahi nitq və dünyagörüşlərini inkişaf 
						etdirmək, gəncləri düşündürən bir sıra məsələlərin həlli 
						yollarını müzakirə etməkdən ibarətdir. Ali təhsil 
						ocağında bu günədək "Təhsildə sosial psixoloji xidmət", 
						"Telepatiya", "Yuxu", "Yaşlı və gənc nəsli düşündürən 
						məsələlər" və sair mövzularda diskussiyalar təşkil 
						edilib. 
						
						
						Məlumat üçün qeyd edək ki, diskussiyalar maraqlı 
						mövzuları ilə iştirakçıları düşündürməyə, öyrətməyə 
						davam edir. Belə ki, bu günlərdə "Məktəbəqədər yaş 
						dövründə təlim xarakterli işlər" adlı diskussiya təşkil 
						edilmişdir. Həmin diskussiyada  peşəkar psixoloq və 
						pedaqoqlar iştirak etmiş, tələbələri maraqlandıran 
						suallar cavablandırılmışdır.  
						
						
						
						Naxçıvan Müəllimlər  
						İnstitutunun Mətbuat xidməti  |