| 
						 
						
						 Bakı şəhər Mədəniyyət və Turizm  İdarəsi tərəfindən 
						"Kitabla dost ol, ən fəal oxucu ol!" müsabiqəsi 
						çərçivəsində keçirilən  Nizami Gəncəvinin anadan 
						olmasının 870 illiyinə həsr olunan şeir müsabiqəsinin 
						birinci mərhələsi başa çatıb. Səbail Rayon 
						Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi 
						kitabxanasında keçirilən  müsabiqəyə  42, 189, 190, 236 
						nömrəli tam orta məktəblərin  və 49, 16  nömrəli 
						liseylərin şagirdləri  qatılıb. Münsiflər heyətinin 
						seçimi ilə  müəyyən olunan 2 nəfər qalib müsabiqənin 
						ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. 
						Qaliblər elan olunduqdan sonra  müsabiqənin 
						iştirakçıları Nizami Gəncəvinin 870 illik yubileyinə 
						həsr olunan kitab sərgisinə baxış keçiriblər. 
						
						
						Mərasimin sonunda şagirdlərə kitablar hədiyyə olunub.  
						
						
						
						Sifai SƏFƏROVA   |