| 
						 
						
						 Məhəmməd 
						Nuri 2012-ci ildə Bakıda anadan olub. 2008-ci ildə 
						paytaxtda fəaliyyət göstərən "Zəngi" liseyinin birinci 
						sinfinə qəbul olunub. Dərs əlaçısıdır. 
						
						
						Məhəmməd 4 yaşından Bakıdakı 10 nömrəli Uşaq-Gənclər 
						İdman Məktəbində idmanın cüdo növünə üzv yazılıb. Burada 
						o, müəllimi, əməkdar məşqçi Vüqar Aliyevin rəhbərliyi 
						altında cüdo idman növünün sirlərinə yiyələnməyə 
						başlayıb. İlk yarışlarda 7 yaşı olarkən idman 
						məktəblərinin açıq birinciliyində 30 kq çəki dərəcəsində 
						çıxış edib və I yeri tutub. 
						
						
						M. Nuri 2011-ci ildə Türkiyənin Urfa şəhərində cüdo üzrə 
						keçirilən turnirdə 30 kq çəki dərəcəsində I yerin sahibi 
						olub. Qızıl medal, diplom və kubokla təltif olunub. Elə 
						həmin ilin aprelində isə İran İslam Respublikasının 
						Ərdəbil şəhərində keçirilən  1-ci Fəcr beynəlxalq 
						turnirində 34 kq çəki dərəcəsində I yerə layiq görülüb. 
						O, 2012-ci ildə də İranın Ərdəbil şəhərində təşkil 
						olunan 2-ci Fəcr beynəlxalq turnirində I yeri tutaraq 
						qızıl medal qazanıb. 
						
						
						Bu günlərdə 10 nömrəli UGİM-nin direktoru İlqar 
						Nuruyevdən aldığımız məlumatda  bildirilir ki, məktəbin 
						fəxri sayılan Məhəmməd Nuri bu ilin 12-17 may 
						tarixlərində Ukraynanın Odessa şəhərində 10-12 yaşlı 
						yeniyetmələr arasında cüdo üzrə IX Beynəlxalq Avropa 
						turnirində iştirak edib. O, 16 ölkədən 800-dən çox 
						idmançının 9 çəki dərəcəsində mübarizə apardığı bu 
						yarışda 34 kq çəki dərəcəsində I yeri qazanaraq qızıl 
						medalın və Avropa kubokunun sahibi olub.  
						
						
						
						Səhifəni hazırladılar: Ədalət DAŞDƏMİRLİ, Rəşad 
						RAMAZANOĞLU  |