| 
						 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						
						QƏRARA ALIRAM:  
						
						
						1. 2012-ci il oktyabrın 9-da Budapeşt şəhərində 
						imzalanmış "Azərbaycan Respublikası Hökuməti və 
						Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət 
						üzrə əməkdaşlığa dair Saziş" təsdiq edilsin. 
						
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						fərmanın 1-ci hissəsində göstərilən Sazişin 
						müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər 
						görsün. 
						
						
						3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 
						həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan 
						dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə 
						Macarıstan Hökumətini xəbərdar etsin.  
						
						
						
						İlham ƏLİYEV, 
						Azərbaycan Respublikasının Prezidenti 
						
						
						Bakı şəhəri, 19 dekabr 2012-ci il  |