| 
						 
						
						Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il 
						tarixli Sərəncamı  ilə təsdiq edilmiş "2008-2012-ci 
						illərdə Azərbaycan Respublikasında təhsil sisteminin 
						informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə 
						tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 
						avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş  
						Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin  icrası  
						məqsədilə   
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. "Elektron məktəb" layihəsini tətbiq etmək üçün 
						seçilmiş əlavə 11 təhsil müəssisəsinin siyahısı təsdiq 
						edilsin (1 saylı Əlavə). 
						
						
						2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov): 
						
						
						2.1. "Elektron məktəb" layihəsinə yeni cəlb olunmuş 
						təhsil müəssisələrində vahid informasiya mühitinin 
						yaradılmasını nəzərdə tutan  Elektron məktəb modelinin 
						strukturunun, iştirakçılarının, proqram-texniki 
						təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən 
						edilməsini təmin etsin. 
						
						
						2.2. Elektron məktəb sisteminə qoşulan yeni təhsil 
						müəssisələrinin vahid informasiya  mühitinin yaradılması 
						və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk, 
						proyektor, interaktiv lövhə və s.)  və proqram təminatı 
						ilə təchiz olunmasını təmin etsin. 
						
						
						2.3. Bakı və digər şəhər/rayonlarda Elektron məktəb 
						sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji, 
						inzibati, texniki və s.) İKT sahəsində bilik və 
						bacarıqlarının  artırılması üçün tədbirlər görsün və 
						əlavə kursların təşkil olunmasını  təmin etsin. 
						
						
						2.4. Elektron məktəb sisteminə qoşulan pilot məktəblərdə 
						yüksək sürətli fiberoptik  İnternet və İntranet 
						bağlantılarını təmin etsin.  
						
						
						2.5. Təhsil müəssisələrinin "Elektron məktəb" layihəsinə 
						cəlb olunması prosesinin 2012-2013-cü tədris ilində başa 
						çatmasını təmin etsin.  
						
						
						3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İsmayıllı, Ağstafa, 
						Tovuz və Şamaxı rayon Təhsil şöbələrinə  tapşırılsın ki, 
						Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq 
						Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə 
						müqavilə əsasında "Elektron məktəb" layihəsinə qoşulan 
						pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin 
						yaradılmasını və fəaliyyəti sahəsində çalışan 
						təşkilatlara lazımi köməklik göstərilməsini və şərait 
						yaradılmasını, bu təhsil müəssisələrində çalışan 
						kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə 
						fəal iştirakı və onların üzərinə düşən bütün vəzifələrin 
						yerinə yetirilməsini təmin etsinlər. 
						
						
						4. "Elektron məktəb" layihəsinə cəlb olunan ümumtəhsil 
						müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, məktəblərdə 
						vahid informasiya mühitinin yaradılması və fəaliyyəti 
						sahəsində çalışan təşkilatlara lazımi köməklik 
						göstərilsin və məktəbdə çalışan kadrların (pedaqoji, 
						inzibati, texniki və s.) layihədə fəal iştirakını təmin 
						etsinlər. 
						
						
						5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" 
						məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet 
						saytında dərc olunmasını təmin etsin.  
						
						
						6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.    
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						19 dekabr 2012-ci il  |