| 
						 
						
						 Bakı 
						Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 
						Yunis İmrə Vəqfi prezidenti və Yunis İmrə İnstitutununun 
						müdirü prof. dr. Ali Fuat Bilkanı, Yunis İmrə İnstitutu 
						Türkologiya Koordinatoru Yasin Tunçu, Tbilisi Yunis İmrə 
						Mədəniyyət Mərkəzi müdiri Barış Demiri qəbul edib.  
						Rektor BDU-nun yaranma tarixindən, inkişaf 
						mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox 
						universitet assosiasiyalarına üzvlüyündən, dünyanın 
						aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli 
						əlaqələrindən danışıb. 
						
						
						Öz növbəsində prof. dr. Ali Fuat Bilkan bildirib ki, 
						Yunus İmrə Vəqfi türk dilini, tarixini, mədəniyyətini və 
						incəsənətini təbliğ etmək, bunlarla bağlı  məlumatları 
						və materialları dünyaya yaymaq, türk dili, mədəniyyəti 
						və incəsənəti sahələrində təhsil almaq istəyənlərə 
						Türkiyə  xaricində xidmət göstərmək, Türkiyənin başqa 
						ölkələr ilə mədəni əlaqələrini artıraraq dostluğunu 
						inkişaf etdirmək məqsədilə 2007-ci ildə yaranıb. Yunis 
						İmrə Vəqfinə bağlı olaraq qurulan Yunis İmrə İnstitutu 
						isə qanunvericiliklə müəyyən olunmuş məqsədləri həyata 
						keçirmək üzrə təhsil və tədris fəaliyyətləri ilə elmi 
						tədqiqat işlərini həyata keçirir.  İnstitut quruluş 
						məqsədləri istiqamətində Türk mədəniyyətinin, tarixinin, 
						dilinin və ədəbiyyatının daha da yaxşı təbliğ edilməsi 
						və öyrədilməsi istiqamətində araşdırmalar aparmaq, 
						fərqli qurumlar ilə əməkdaşlıq edərək elmi fəaliyyətləri 
						dəstəkləmək və əldə edilən nəticələri müxtəlif nəşrlər 
						vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədi istiqamətində 
						fəaliyyətlər həyata keçirir. 
						
						
						Görüşdə həmçinin  universitetlərarası elm, təhsil və 
						innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri 
						də müzakirə edilib. 
						
						
						Görüşün sonunda BDU-da Yunis İmrə Mədəniyyət Mərkəzinin 
						yaradılması barədə protokol imzalanıb. 
						
						
						Qonaqlar BDU ilə yaxından tanış olub və bu təhsil 
						ocağından yüksək təəssüratla ayrılıblar.  
						
						
						BDU-nun Mətbuat və informasiya şöbəsi    |