| 
						 
						
						
						Dekabrın 20-də Abşeron-Bakı Mehmanxanasında  Rabitə və 
						İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, 
						HP Microsoft və "Bestcomp Group" şirkətlərinin birgə 
						iştirakı ilə "Xalq kompüteri" layihəsinə həsr edilmiş 
						mətbuat konfransı keçirildi. Tədbiri "Microsoft 
						Azərbaycan" şirkətinin nümayəndəsi Emin Axundov açaraq   
						konfrans barədə  qısa məlumat verdi.  
						
						
						 Rabitə 
						və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri  
						İspəndiyar Əliyev "Xalq kompüteri" layihəsinin 
						regionlarda  həyata keçirilməsindən və bu işin yüksək 
						səviyyədə təşkil olunmasından söz açdı.  
						
						
						Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov çıxış 
						edərək bildirdi ki, "Xalq kompüteri" layihəsinin  əsas 
						məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir 
						kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün 
						şərait yaratmaqdır. 
						
						
						İ.Sadıqov qeyd etdi ki, hazırda  "Xalq kompüteri" 
						layihəsi çərçivəsində Azərbaycanda orta məktəblərdə 
						işləyən müəllimlər, şagirdlər, ali məktəb  tələbələri və 
						təhsil sektorunun işçiləri güzəştli şərtlərlə 
						kompüterlər almışlar.  Nəticədə, bu layihə çərçivəsində 
						informasiya  cəmiyyətində qoyulan məsələlər öz həllini 
						tapıb. 
						
						
						"Bestcomp Group" şikətinin baş meneceri Rauf Həsənov 
						dedi ki, 2009-cu ilin aprel ayından bu günə kimi "Xalq 
						kompüteri" layihəsinə əsasən kompüterlərin  16 faizi 
						Bakıda, 13,3  faizi Naxçıvan Muxar Respublikasında, 
						qalanları isə ölkənin digər regionlarında olan 
						istifadəçilər tərəfindən əldə edilmişdir. Layihə 
						çərçivəsində əldə edilən kompüterlərin 90 faizindən çoxu 
						portativ texnikanın payına düşür. 
						
						
						Konfransda "Microsoft Azərbaycan" nümayəndəliyinin 
						rəhbəri Rüfət Hacıəlibəyov, HP Azərbaycanın fərdi və çap 
						sistemləri qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı da  
						layihə ilə əlaqədar öz fikirlərini bildirdilər. 
						
						
						Layihə çərçivəsində 20000-ci kompüterin alıcısı Naxçıvan 
						Muxtar Respublikasının sakini Ruslan Cəfərov olduğundan 
						yubiley alıcıya onun əldə etdiyi portativ kompüter  
						pulsuz təqdim edildi. Həmçinin  konfransda 19999-cu və 
						20001-ci fərdi kompüter alıcılarına  da hədiyyələr 
						verildi. 
						
						
						Sonda tədbir iştirakçıları tərəfindən verilən "Xalq 
						kompüteri" layihəsinə aid suallar  cavablandırıldı. 
						
						
						
						Şakir CƏFƏROV   |