| 
						 
						
						Regionlarda "İstedadlı uşaqlar" respublika  
						müsabiqəsinə  2009-cu ildən start verilib.  Mədəniyyət 
						və Turizm  Nazirliyinin təşkilatçılığı ilə  həyata 
						keçirilən  bu tədbirlər xüsusi istedada malik olan 
						uşaqların, gənclərin yaradıcılıq  potensiallarının üzə 
						çıxarılmasına xidmət edir. 2009-cu ildə müsabiqəyə 
						Bərdədə, 2010-cu ildə Kürdəmirdə, 2011-ci ildə Şirvanda, 
						bu il isə Yevlaxda yekun vurulub. Dekabrın 6-da  
						Yevlaxda  Bəşir Səfəroğlu adına  Yevlax Xalq Teatrında 
						baş tutan tədbirdə nazirliyinin məsul işçiləri  Pərviz 
						İsgəndərli və Oqtay Muxtarov, mədəniyyət müəssisələrinin 
						rəhbərləri  və rayon ictimaiyyəti  iştirak  edib.  
						Mərasimə Azərbaycanın müxtəlif bölgələrindən bədii 
						qiraət, rəqs, rəssamlıq, aşıq musiqisi, muğam və mahnı, 
						instrumental ifaçılıq üzrə 17 yaşınadək uşaq və 
						yeniyetmələr qatılıblar. Tədbir iştirakçıları  əvvəlcə 
						teatrın foyesində  müsabiqənin təsviri sənət üzrə 
						qaliblərinin əl işləri ilə tanış olublar. Sonra isə uşaq 
						və yeniyetmələrin ifasında  bədii qiraət, aşıq musiqisi, 
						muğam və mahnı, instrumental ifaçılıq üzrə maraqlı 
						konsert proqramı təqdim olunub.      
						
						
						Sonda qaliblərə Mədəniyyət və Turizm  naziliyinin diplom 
						və hədiyyələri təqdim edilib.   
						
						
						Sifai SƏFƏROVA  |