| 
						 
						
						 Bu 
						yaxınlarda filologiya elmləri doktoru, AMEA-nın Nəsimi 
						adına Dilçilik İnstitutunun baş elmi işçisi Nəriman 
						Seyidəliyevin "Elm və Təhsil" nəşriyyatında "Müasir 
						Azərbaycan dilində üslubi sinonimlər" kitabı çap olunub. 
						Əsər (redaktor: İ.Məmmədli, filologiya elmləri doktoru, 
						professor, rəyçilər: R.Eyvazova, filologiya elmləri 
						doktoru, professor və İ.Məmmədov, filologiya elmləri 
						üzrə fəlsəfə doktoru, dosent)  müasir Azərbaycan dilinin 
						üslubi sinonimlərinə həsr edilmişdir. Əsərdə əsasən 
						neytral, bədii, poetik, danışıq və s. üslublarda 
						işlədilən sinonim sözlərdən geniş bəhs  edilir. Burada 
						sinonimlər öz potensial imkanları  ilə  ana dilimizin 
						məna zənginliyini təqdim edir. Həm ana dilimizdə, həm 
						də  xarici dillərdə sinonimlər həmin dillərin bilavasitə 
						işlənməsini intensivləşdirir. 
						
						
						Bu əsər filoloq, müəllim, şagird və tələbələr üçün çox 
						dəyərli  vəsaitdir.  
						
						  
						
						
						
						Şakir CƏFƏROV  |