| 
						 
						
						"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil 
						sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
						çərçivəsində görülən işlər şagirdlərin İKT biliklərinin 
						artırılmasında böyük rol oynamışdır.  
						
						
						Bakıdakı 64 nömrəli tam orta məktəbin direktoru Rəfael 
						Mehdiyev bildirdi ki, müasir təhsil insanlara dünyada 
						mürəkkəb məsələlərin həllinə hazır olmağı, strateji 
						hədəfə malik  problemlərin öhdəsindən gəlməyi diqtə 
						edir. Ona görə də  müasir təhsil sistemini 
						informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür 
						etmək çox çətindir. 
						
						
						Təhsil ocağında İKT-nin tətbiqinə  əvvəlki  illərlə 
						müqayisədə geniş yer verilib. Şagirdlərin əksəriyyəti 
						İnternetdən tədqiqatlar aparmaq üçün daha çox istifadə  
						edir,  işlərini sinif yoldaşlarına təqdim etməyi də  
						öyrəniblər.    
						
						
						191 nömrəli tam orta məktəbin direktoru Rəhimə Əliyeva 
						qeyd etdi ki,  məktəbimizdə İKT sahəsində xüsusi 
						istedada   malik olan şagirdləri aşkar etmişik. 
						Şagirdlərin bilik və bacarıqlarını yüksəltmək üçün 
						İKT-dən istifadə etməklə ayrı-ayrı fənlər üzrə test 
						bankı  yaradılıb. Şagirdlər arasında İKT üzrə bilik 
						yarışı keçirilib.  Məktəbin kitabxanasında İKT 
						vasitəsilə elektron dərsliklərin planı və uçotu təşkil 
						olunmuşdur.     
						
						
						229 nömrəli  tam orta məktəbin direktoru Fəridə 
						Bağırovanın sözlərinə görə, təhsil ocağı  İnternet 
						şəbəkəyə  qoşulub.  Məktəbdə işləyən  fənn 
						müəllimlərinin hamısı Təhsil Nazirliyinin İntel "Gələcək 
						üçün təhsil", bir qrup müəllim isə "Dymo-Mimio 
						interaktiv Texnologiyaları ilə tədris" təlim 
						kurslarından keçiblər. İnformatika və digər fənn 
						müəllimləri də İKT-dən istifadə etməklə dərslərini 
						yüksək səviyyədə keçirlər. Eyni zamanda İKT sahəsində 
						fəaliyyət göstərən  dövlət və özəl qurumların aparıcı 
						mütəxəssisləri ilə məktəbdə tez-tez görüşlər təşkil 
						edilir və şagirdlər dəyərli məsləhətlər alırlar.    
						
						
						
						Şakir CƏFƏROV   |