| 
						 
						
						 
						 Dərslərin  
						yeni  təlim  metodları  ilə qurulması şagirdlərdə  
						müstəqil  yaradıcı  düşünmə  qabiliyyətini, yeni  
						biliklərə  sərbəst  yiyələnmək  bacarığını  inkişaf  
						etdirir. Mən  də dərslərimdə  bu  təlim  metodlarından  
						hər  zaman  istifadə  etməyə çalışıram. Ənənəvi üsuldan  
						fərqli  olaraq, fəal  təlimdə  dərs motivasiya  ilə  
						başlanır. Məhz  motivasiya  şagirddə  həm  maraq  
						oyadır, həm  də  onu  düşündürür, yeni axtarışlar  
						etməyə sövq  edir. Dərsin  motivasiyasını  elə  qurmağa  
						çalışıram  ki, heç  bir  şagird bu  prosesdən  kənarda  
						qalmasın. Şagirdlər  bir-biri  ilə  əməkdaşlıq  etməyi  
						bacarsın, onların  özlərinə  inam  hissi  artsın. 
						İngilis  dili  dərslərində motivasiya  qurmaq daha  
						maraqlı  və asandır. Tədqiqat  sualını formalaşdırmaq  
						üçün  mövzuya  uyğun  mahnı, şeir  parçası və  ya  
						şəkil  lövhədə  göstərilir. Tədqiqatın  aparılması  
						zamanı  vaxtın  qoyulması şagirdlərdə  məsuliyyəti 
						artırmaqla  bərabər, onları  vaxtdan  səmərəli  
						istifadə  etməyə  də  alışdırır. Sonra  şagirdləri 
						qruplara  bölürəm. Hər  bir  qrup  öz  liderini  seçir. 
						Bəzən qrupun ən  fəal, bəzən  isə  ən  passiv şagirdi  
						lider  olur. Bu  hal  hətta  ən  zəif, passiv  və  
						özünə  inamı  olmayan şagirddə  belə  özünə  inam  
						hissi  yaradır  və  onu  daha  fəal  olmağa  
						həvəsləndirir. Dərsin  gedişi  zamanı  mövzuya  uyğun  
						tədqiqat  sualı  qoyulur. Komandaların liderləri 
						aparılan  fikir  mübadiləsinin  nəticələrini  elan  
						edirlər. Qrup  üzvləri yeni  fikir  söyləyir, 
						yoldaşlarının  verdiyi  cavabları  təhlil  edib onlara  
						münasibət  bildirilir. Dərs  zamanı  fənlərarası  
						inteqrasiya daha  maraqlı  olur. Dərslərin  texniki  
						vəsaitlərdən   istifadə  etmək  yolu  ilə qurulması  
						təlimin  məzmununu bir  az  da  zənginləşdirir. "Power  
						Point"  proqramından  istifadə  etməklə keçilən  
						dərslər  şagirdlər tərəfindən maraqla  qarşılanır, asan 
						mənimsənilir, müasir  təlim metodları şagirddə  fəallığı 
						artırmaqla yanaşı, məntiqi  düşüncə  də  yaradır. 
						Məntiqlə  bilik  paralel  inkişaf  edərək  şagirdi 
						həyata  hazırlayır. Fəal  dərsin  aşağıdakı  
						mərhələlərinə  əməl  etməyə  çalışıram: 
						
						
						1.Düşünməyə  yönəlmə - bu  zaman şagird  mövzu  ilə  
						əlaqədar  bildiklərini  xatırlayır, fəallaşır. 
						Beləliklə, mən  onlarda  mövzuya  maraq  oyadıram. 
						
						
						2.Dərketmə-yəni  yeni  bilikləri şagirdlərə öyrədirəm. 
						
						
						3.Düşünmə-şagirdlərə  yeni  biliyi  möhkəmləndirmək  
						üçün  testlər,  tapşırıqlar, paylama  materialları  
						verirəm. 
						
						
						Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf  edir, 
						yeniliklərlə  zənginləşir. Əvvəllər tədris prosesində 
						biliklərin hazır  şəkildə  şagirdlərə  mənimsədilməsi  
						tələb olunurdusa, indi tədris  olunan  mövzu  ətrafında  
						şagirdlərin  özünün  müstəqil  fikir  yürüdə bilməsinə, 
						bir-birinin  biliyinə qiymət verməsinə, kimin nəyə qadir 
						olduğunu aşkar  etməsinə, problem yaratmaq, tədqiq 
						etmək, qurmaq yaratmaq  bacarığına daha çox diqqət 
						yetirilir. 
						
						
						Müasir  kurikulumun  tətbiqi  zamanı  ümumi  təhsilin  
						səviyyələri  üzrə  təlim  nəticələri  üç  mərhələdən  
						ibarətdir:  
						
						
						1.İbtidai  təhsil  üzrə ümumi  təlim  nəticələri; 
						
						
						2.Ümumi  orta  təhsil  üzrə  ümumi  təlim  nəticələri; 
						
						
						3.Tam  orta  təhsil  üzrə  ümumi  təlim  nəticələri. 
						
						
						İbtidai  sinif  mərhələsində 4  il  kurikulumun tətbiqi  
						biz  müəllimlərə çox  şey  verdi. Mən  ixtisasca  
						ingilis  dili  müəllimiyəm və bir fənn  müəllimi  kimi  
						özüm  də bu  4  ildə  müəyyən  təcrübə  əldə  etmişəm. 
						Artıq  bu  ildən  orta  təhsil  pilləsində  kurikulumun  
						tətbiqinə  başlanılıb. 
						
						
						Xarici  dil  kurikulumu   şagirdlərin  maraq  və  
						meyllərini  diqqətdə  saxlayır,  onların  nitqini,  dil  
						qavrama vərdişlərini  inkişaf  etdirməyi  nəzərdə  
						tutur. Xarici  dil  kurikulumları  həmin  fənnin  
						tədrisində  aşağıdakı  suallara  cavab  verməyə  
						çalışır: 
						
						
						Nəyi  öyrətməli; necə  öyrətməli; necə  təşkil  etməli; 
						necə  dəyərləndirməli. 
						
						
						Müasir  xarici  dil  dərslərinin  tədrisi  iki  üsula  
						söykənir: 
						
						
						1.Dil  sistemlərinin  öyrənilməsi. 2.Dil  
						bacarıqlarının  qazanılması. 
						
						
						Dil  sistemi  səslərdən, sözlərin  düzgün  
						tələffüzündən, cümlə  quruluşundan, sözlərin  ayrı-ayrı 
						mənalarından və qrammatik  cəhətdən  onların  bir-birilə 
						bağlılığından, həmçinin  cümlədə  hansı  funksiya  
						daşımasından  ibarətdir. 
						
						
						Dil  bacarığı  isə  dinləmək, anlamaq, danışmaq, oxumaq  
						və  yazmaqdan  ibarətdir.  
						
						
						Bu  gün  Azərbaycan  təhsil  sistemində bir çox 
						innovativ  metodlar, yeni  pedaqoji  texnologiyalar 
						tədrisə uğurla tətbiq  edilir. Bütün bunlardan  məqsəd  
						şagird  interaktivliyini  ön  plana  çəkmək, özünəinam  
						hissini  artırmaq  üçün onlara  subyekt  kimi  
						yanaşmaqdır. Bu  mənada  biz  müəllimlər  
						şagirdlərimizə  bir  bələdçi  kimi, fasilitator  kimi  
						düzgün  istiqamət  verməliyik.  
						
						
						
						Xalidə RÜSTƏMOVA, 
						Bakıdakı 290 nömrəli orta məktəbin  
						ingilis dili müəllimi  
						
						   |