Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
İbtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi
məsələsi pedaqoji ictimaiyyət qarşısında duran mühüm
məsələlərdən biridir. Bu günlərdə Rusiyanın Təhsil
İnstitutunun Treninq Mərkəzində təşkil olunmuş vebinar
ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi kimi
mühüm məsələyə həsr edilib. "Uçitelskaya qazeta"nın
məlumatına əsasən, tədbirdə seçilmış region kimi
Rusiya Federasiyasının Krasnoyarsk vilayətində ibtidai
təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində
görülmüş işlərdən və əldə olunmuş təcrübədən danışılıb.
Krasnoyarsk vilayəti Təhsilin Keyfiyyətinin
Qiymətləndirilməsi Mərkəzinin analitik-metodiki işlər
üzrə direktor müavini Lyubov Ryabinskinin məlumatına
görə, 2010-cu ildən regionda ibtidai təhsilin
keyfiyyətinin qiymətləndirilməsi sisteminin yaradılması
ilə bağlı işlər aparılır. Sistemin yaradılmasında
məqsəd federal təhsil standartlarının tələblərinə uyğun
olaraq təhsil sahəsində baş verən yeniliklərlə
müəllimləri tanış etmək olub. İlk vaxtlarda layihədə
onlarla təhsil müəssisəsi iştirak edib, indi isə onların
sayı yüzlərlədir.
İlkin mərhələdə ibtidai məktəblərdə təhsilin
qiymətləndirilməsini həyata keçirməyə imkan verən
qiymətləndirmə alətlərinin yaradılmasına başlanılıb.
2010-2014-cü illərdə I-III siniflərdə ilkin və yekun
diaqnostik qiymətləndirmənin sınaqdan keçirilməsi və
tətbiqi aparılıb. Tədqiqat gedişində çox yaxşı
nəticələr əldə olunub. Layihənin sınağının aparılması
və onun seçilmiş məktəblərdə reallaşması yekun
nəticələrə təsir edib. Layihə şəhər statuslu
məktəblərdə təhsil alan uşaqları əhatə edib. Tədqiqat
gedişində məlum olub ki, məktəblilər baza biliklərindən
üstün olan bilik nümayiş etdiriblər. Onlardan yalnız
üçdə-biri fənlərin mənimsənilməsi zamanı düşünmə
qabiliyyəti nümayiş etdirə biliblər. Beləliklə də
ibtidai siniflərdə fənlərin tədrisi gedişində bir sıra
problemlər qeydə alınıb. Layihənin gələcəkdə daha çox
məktəbi əhatə etməsi ilə bu problemlərin sayı da arta
bilər. 2014-cü ildə Treninq Mərkəzi ilk dəfə olaraq
pilot məktəblərin IV siniflərində yekun diaqnostika
aparıb. Ötən ildən 2 il üçün nəzərdə tutulmuş "Təhsilin
keyfiyyətinin idarə olunması" (alt-layihə "Dəstəkləyici
qiymətləndirmə") layihəsinin reallaşdırılmasına
başlanılıb. Hazırda ibtidai təhsilin keyfiyyətinin
qiymətləndirilməsi mərhələləri bütün tədris ilini əhatə
edir: sentyabr-oktyabr aylarında birincilərin məktəb
həyatına adaptasiyası və ümumi inkişafı üzrə, mart-aprel
aylarında isə I-III siniflərin riyaziyyat və rus dili
üzrə yekun qiymətləndirilməsi aparılır. İbtidai
siniflərin məzunları aprel ayında rus dili, riyaziyyat,
ətraf mühit fənləri üzrə fərdi nailiyyətlərin
qiymətləndirilməsindən keçirlər. İstifadə olunan
alətlərin siyahısında göründüyü kimi, Treninq Mərkəzi
kifayət qədər geniş spektrə malik qiymətləndirmə
vasitələrindən istifadə edir. Bütün bunlar, bir qayda
olaraq, müəllimlərin təcrübəsini zənginləşdirir və
onlara təhsil mühitinə müxtəlif tərəflərdən baxmağa
imkan verir. Sınaq mərhələsində müəllim qiymətləndirmə
prosesində istifadə olunan alətlərə adaptasiya olunur,
onu maraqla öyrənir. Müəllimlər bu mərhələdə hər hansı
məsuliyyət daşımır, görülən işlərin keyfiyyəti ilə
əlaqədar və nəyisə dəyişmək barədə hər hansı qərar
qəbul etmir. Problemlər o vaxt yaşanır ki, bu cür
yoxlama işləri kənardan gəlir və müəllimlərin qənaətinə
görə, bunlar mənfi haldır və ona nəzarət etmək məqsədi
daşıyır. Bundan əlavə, yeni -yeni diaqnostik metodlar
yaradıldığından müəllim onları öyrənməli və onlarla işə
uyğunlaşmalıdır. Bütün bunlar müəllimdən vaxt və
qüvvə tələb edir. İşlərin uğurla davam etməsi üçün
müəllim tam əmin olmalıdır ki, bu cür tədqiqatın
nəticələri kimisə cəzalandırmaq yox, ona kömək etmək
məqsədi daşıyır.
Tədbirdə bildirilib ki, təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sistemi tədqiqat nəticələri üçün
imformasiya məhsulunun yaradılmasını tələb edir. Yerli
təhsiliidarəetmə orqanları arayış şəklində ilkin
diaqnostikanın ümumiləşdirilmiş, eləcə də IV siniflərdə
yekun yoxlama işlərinin nəticələrinin təhlilinə dair
hesabat əldə edir. Yerli təhsiliidarə orqanları ilkin
diaqnostikanın ümumiləşdirilmiş nəticələrini alır. Onlar
təhlil edilir və yerli təhsiliidarə orqanlarının öz
səviyyəsində həll edə biləcəyi problemlər ayırd
olunur. Eyni zamanda IV siniflərdə yekun yoxlama
işlərinin nəticələrinə dair məlumatlar hazırlanır.
Məktəb diaqnostikanın nəticələrinə dair ən müxtəlif
materialların paketini alır. Diaqnostikanın hər bir
növü (başlanğıc, I-III, IV siniflər üçün yekun)
ibtidai sinif şagirdlərinin fərdi profilləri və
siniflər üçün müxtəlif variantları, onların
nailiyyətlərinin dəyişməsini müqayisəli şəkildə
göstərir. İnformasiya məhsullarının bu cür geniş
spektri bu mərhələdə belə əsaslandırılıb ki, məktəbin
özünün gələcəkdə tədris prosesini korrektə edə bilməsi
üçün zəruri informasiyaya ehtiyacı var.
Diaqnostikanın yeni formaları ilə necə işləmək mühüm
əhəmiyyət kəsb edir. Müəllimlərin ixtisasartırma
proqramları da böyük rol oynayır ki, burada onlar
təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni
metodları öyrənirlər. Son nəticədə təhsil prosesinin
bütün iştirakçıları arasında dəqiq əlaqənin qurulması
yalnız təhsilin keyfiyyətcə təkmilləşməsinə və
inkişafına xidmət göstərəcək.
"Uçitelskaya qazeta"dan |