Aprelin 20-də Gəncə Dövlət Universitetində tələbə
gənclər təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş
rəsm müsabiqəsi keçirilib. Müsabiqədə universitetin
ayrı-ayrı fakültələrindən rəsm qabiliyyəti olan
tələbələrin portret, mənzərə, vətənə məhəbbət motivli
rəsm nümunələri nümayiş etdirilib. Mücərrəd düşüncəni
əks etdirən işlər də diqqəti cəlb edib.
Müsabiqədə universitetin humanitar məsələlər üzrə
prorektoru Asif Cavadov, elm və innovasiyalar üzrə
prorektor Pərvin Kərimzadə, əməkdar rəssam, professor
Şaiq Məmmədov və tələbə gənclər təşkilatının sədri Orxan
Məmmədov iştirak ediblər. Açıq şəraitdə nümayiş
etdirilən tələbələrin yaradıcılıq nümunələrinə müəllim
və tələbələr də tamaşa etmək imkanına malik olublar. Bu
baxımdan rəsm əsərlərinin müsabiqəsi həm də əsl sərgini
xatırladıb.
Müsabiqədə riyaziyyat-informatika fakültəsinin II kurs
tələbəsi Ləman Verdiyeva I yerə, həmin fakültənin I kurs
tələbəsi Fatma Səfiyeva və iqtisadiyyat və idarəetmə
fakültəsinin II kurs tələbəsi Xalidə Məmmədova II yerə,
filologiya fakültəsinin III kurs tələbəsi Şahzadə
Qəhrəmanlı, biologiya-kimya fakültəsinin III kurs
tələbəsi Ləman Məmmədova və xarici dillər fakültəsinin
III kurs tələbəsi Leyla Orucova III yerə,
tarix-coğrafiya fakültəsinin I kurs tələbələri Turan
Abbasəliyev və Danulduz Həsənova isə IV yerə layiq
görülüblər.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |