Aylinin
sevincinin hədd-hüdudu yox idi.
Həmin gün o, lap tezdən oyanaraq məktəbə tələsirdi.
Çünki sevincini dostları ilə bölüşəcəkdi. Axı o,
mötəbər bir müsabiqədə qalib gəlmiş, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva onu şəxsən
təbrik edərək diplom və hədiyyələr vermişdi...
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycanda
məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi -
2014" ("Eco Picture Diary 2014") Beynəlxalq
müsabiqəsinin milli mərhələsinə start verilib. İDEA
(Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)
İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi,
Heydər Əliyev Mərkəzinin və "Panasonic" şirkətinin
təşkilati dəstəyi ilə həyata keçirilən müsabiqədə 160
nömrəli klassik gimnaziyanın şagirdləri də uğurla
iştirak ediblər. Mərasimdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva müsabiqənin milli
mərhələsinin qalibi - 160 nömrəli klassik gimnaziyanın
şagirdi Aylin Yəhyazadəni təbrik edərək ona diplom və
hədiyyələr təqdim edib. Müsabiqənin milli mərhələsinin
digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr
təqdim olunub. "Eko Rəsm Gündəliyi-2014" müsabiqəsində
finalçılar müxtəlif aktual ekoloji problemləri
çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə ediblər.
Tədbirdə müsabiqə ilə bağlı videoçarx da nümayiş olunub. |