| VI SİNİF AZƏRBAYCAN DİLİ FƏNNİ  
						
						
						 Bikə NƏCƏFOVA, Bakı şəhəri 23 
						nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat 
						müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin (2009) qalibi  Mövzu: 
						
						
						"Neman və Simnar" 
						Müasir dərsin xarakterik xüsusiyyətləri şagirdlərin 
						fəallığı, yaradıcı axtarışlara qoşulması, öz bilik 
						ehtiyatlarına və əvvəlki dərslərdən  öyrəndiklərinə 
						istinad edərək hadisə və faktları təhliletmə, nəticə 
						çıxarma, tətbiq və təqdim etmə qabiliyyətlərinə 
						yiyələnməsi, idraki qabiliyyətlərinin inkişaf 
						etdirilməsidir. Müasir  dərsdə müəllim əlaqələndirici, 
						istiqamətverici, məsləhətçi, şagirdlər isə 
						öyrəndiklərini təqdim və tətbiq etməyi bacaran yaradıcı 
						subyektlər rolunda çıxış  edirlər. Müasir təlim 
						metodlarından, İKT-nin  geniş imkanlarından səmərəli 
						istifadə etməklə hər bir dərsdə bu xüsusiyyətləri 
						reallaşdırmaq mümkündür. 
						
						
						 Standartlar: 
						2.2.1,    3.1.2,    2.1.1,   1.1.2,   1.2.4. Təlim 
						nəticələri (məqsədlər): 
						1.Mətndəki hadisələrin davamıını proqnozlaşdırarkən 
						müvafiq hissədəki  mühüm  məqamlardan çıxış edir. 
						2. Nəqli xarakterli mətnə məzmuna uyğun yeni epizodlar 
						əlavə edir. 
						3. Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün 
						izahını lüğətdə verilmiş izahla müqayisə edir. 
						
						
						 4. 
						Öz fikirlərini də əlavə etməklə dinlədiklərini tezis 
						şəklində ifadə edir. 
						5. Diskussiya zamanı problemlə bağlı fikirlərini 
						bildirir. İnteqrasiya: 
						Ədəbiyyat, tarix. 
						Təlim forması: Kollektiv iş, qruplarla iş. Təlim üsulu: 
						"Əqli hücum" proqnozlaşdırılmış oxu, müzakirə. 
						Resurs: 
						Dərslik, iş vərəqləri, kompüter, slaydlar. 
						Dərsin gedişi: 
						Salamlaşma. 
						Ev tapşırığın yoxlanması:  
						Müəllimin təklifi ilə bir neçə şagird əvvəlki dərsdə ev 
						tapşırığı olaraq nə verildiyini söyləyir və icra etdiyi 
						tapşırığı təqdim edir. 
						Müəllimin şərhi:  
						Dərsin mövzu və məqsədlərinin elan edilməsi. 
						Motivasiya:  
						Motivasiya üçün  1, 2, 3-cü slaydlar  nümayiş etdirilir.
						
						
						
						 
						Sinfə sual:  
						Birinci slayddakı sözlər dahi şairimiz  Nizami Gəncəvini 
						hansı cəhətdən səciyyələndirir?  
						Cavab:  
						Bu sözlər şairin  hansı dövrdə yaşadığını, harada anadan 
						olduğunu,  hansı əsərləri yazdığını, əsərlərində kimləri 
						və  nələri tənqid etdiyini aydınlaşdırır. 
						Tədqiqat sualı:  
						Hökmdar və sənətkara münasibət necə olmalıdır? 
						Tədqiqatın aparılması:  
						Sinif 3 qrupa bölünür,  qruplar "Əmək", "Zəhmət" və 
						"Hünər" adlandırılır. 
						Müəllimin şərhi:  
						Tədqiqatı aparmaq üçün şagirdlərin qarşısına aşağıdakı 
						tapşırıqlar qoyulur: 
						1.Mətnin hissələrini proqnozlaşdıraraq oxuyun (standart 
						2.2.1). 
						2.Kontekstə görə tanış olmayan sözlərin mənasını 
						müəyyənləşdirin (standart 2.1.1). 
						3. Həmin sözləri izahlı lüğətdə verilmiş izahla müqayisə 
						edin (standart 2.1.1)  
						Mətnin oxunması:  
						Dərslikdə verilmiş "Neman və Simnar" mətni oxunur. Mətn 
						hissələrlə oxunur və hər hissənin oxunuşundan sonra  
						4-cü slayddakı cədvəl üzrə iş aparılır.  
						Oxu prosesində "münəccim", "misl", "asiman", 
						"ədəb-ərkan", "hüri", "peşkəş", "xələt" və  "qəsr" 
						sözləri tanış olmayan sözlər kimi müəyyənləşdirilir. 
						Sinfə tapşırıq:  
						Sizə tanış olmayan bu sözlərin mənalarını araşdırın. 
						Araşdırma:  
						Şagirdlər Azərbaycan dilinin izahlı lüğətindən istifadə 
						etməklə  həmin sözlərin ifadə etdiyi mənaları 
						müəyyənləşdirirlər. Lüğət üzrə işdən məlum olur ki, 
						"münəccim" - nücum elmi (astrologiya) ilə məşğul olan 
						şəxs, astroloq, "qəsr"  - böyük imarət, şah sarayı,  
						"ədəb-ərkan" - ədəb, tərbiyə, əxlaq və nəzakət 
						qaydaları, "misl" - bənzər, oxşar, tay, "hüri" - pəri, 
						"peşkəş" - bəxşiş verilən, bağışlanan şey, "asiman" - 
						göy, səma, "xələt" - hədiyyə, bəxşiş, mükafat deməkdir.
						 
						Qruplara tapşırıq:  
						Sonra şagirdlərin müstəqil işləri təşkil olunur. 
						 
						"Əmək" qrupuna:  
						*Neman obrazını təhlil edin. 
						"Zəhmət" qrupuna: 
						*Simnar obrazını təhlil edin. 
						"Hünər" qrupuna: 
						*Mətndə dialoqda göy rəngli cümlə ilə başlanan hissəyə - 
						Simnarın sözlərinə münasibət bildirin. Burada Simnarın 
						və onun nitqinin hansı xüsusiyyəti ortaya çıxır. 
						Məlumat mübadiləsi:  
						Qruplar tapşırıqlara hazırladıqları cavabların 
						təqdimatını edirlər. 
						Məlumatın müzakirəsi:  
						Müəllim sinfə müzakirə üçün suallar verir: 
						1. Xalqın tarixində hökmdarın və sənətkarın yeri. 
						2. Hökmdarın sənətkara münasibəti necə olmalıdır? 
						3. Sənətkarın hökmdara münasibəti necə olmalıdır?. 
						 Müzakirə aparılır və nəticə çıxarılır (standart 1.1.2).
						 
						Nəticə və ümumiləşdirmə:  
						Şagirdlərin diqqəti tədqiqat sualına (Hökmdar  və 
						sənətkara münasibət necə olmalıdır?) yönəldilir. 
						Cavablar ümumiləşdirilir. 
						Nəticədə bu qənaətə gəlinir ki: 
						1. İnsanın əsl dəyəri onun zəhməti ilə ölçülür. 
						2. "Sözün də su kimi lətafəti var. 
						Hər sözü az demək daha xoş olar. 
						Bir inci saflığı varsa da suda 
						Artıq içiləndə dərd verir o da". 
						3. Hər bir insan öz üzərinə götürdüyü vəzifəni 
						məsuliyyətlə və heç bir mənfəət güdmədən yerinə 
						yetirməlidir. 
						4. Dövlətin xəzinəsi ədalətdir.  
						Yaradıcı tətbiqetmə: 
						Müəllim:  
						Mətndən çıxan nəticəyə əsasən öz fikirlərinizi qısa esse 
						şəklində ifadə edin. 
						Ev tapşırığı:  
						Evə araşdırma yönümlü tapşırıq verilir: Bu bölmədə 
						oxuduğunuz mətnlərdən və başqa mənbələrdən istifadə 
						etməklə XII əsrin digər şairləri haqqında məlumat 
						toplayıb təqdimatlar hazırlayın. 
						Qiymətləndirmə:  
						Qiymətləndirmə bu məqsəd üçün tərtib olunmuş xüsusi 
						cədvəl üzrə aparılır. Bu zaman aşağıdakı bacarıqlar əsas 
						götürülür. 
						1. Mətndəki məlumatları ümumiləşdirərək nəticə çıxarır. 
						2. Mətndə tanış olmayan söz və ifadələrin mənasını 
						lüğətin vasitəsi ilə müəyyənləşdirir. 
						3. Dinlədiyi və oxuduğu mətnlərdən faktları 
						ümumiləşdirərək nəticələr çıxarır. 
						4. Yazdığı mətndə fikirlərini məntiqi ardıcıllıqla ifadə 
						edir. 
 
						Riyaziyyatdan nümunəvi dərs  
						V SİNİF 
						RİYAZİYYAT FƏNNİ  
						Sevda PAŞŞANOVA,  
						Bakı şəhəri 23 nömrəli tam orta məktəbin  riyaziyyat 
						müəllimi  
						Mövzu: 
						Çoxluqlar 
						Standart: 
						1.1.4. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini 
						tapır 
						Təlim məqsədi: 
						Müəyyən qanunauyğunluqlar seçməklə çoxluqlar yazır. 
						- Çoxluğa daxil ola bilən və olmayan elementləri müəyyən 
						edir. 
						- İki çoxluğun kəsişməsini və birləşməsini onları təşkil 
						edən elementlərə görə müəyyən edir. 
						- İki çoxluğun kəsişməsini Venn diaqramı ilə təqdim 
						edir. 
						İnteqrasiya:  
						Azərbaycan dili, həyat bilgisi, texnologiya. 
						Təlim  forması:  
						Kiçik qruplarla iş. 
						Təlim üsulları: 
						"Beyin həmləsi", müzakirə. 
						Resurslar: 
						İKT, iş vərəqi, şəkillər, dərslik. 
						Vaxt bölgüsü: 
						Motivasiya - 5 dəq. 
						Tədqiqat sualı və problemin həlli -  10 dəq. 
						Təqdimat - 12 dəq. 
						Məlumatın müzakirəsi - 5 dəq. 
						Nəticə və ümumiləşmə - 5 dəq. 
						Yaradıcı tətbiqetmə - 3 dəq. 
						Ev tapşırığının verilməsi - 2 dəq. 
						Qiymətləndirmə və refleksiya  - 3 dəq. 
						Dərsin gedişi: 
						Salamlaşma. Əvvəlki dərsin qısa sual-cavabla təkrarı. 
						Motivasiya: 
						Problemin qoyulması. 
						Müəllim: 
						Motivasiya şəkillər vasitəsilə qurulur. Şagirdlərə 
						aşağıdakı şəkilləri göstərib suallar verirəm. 
						 
						- Siz bu şəkilləri necə başa düşürsünüz? Bu şəkillər 
						nəyi ifadə edir? 
						
						  
						  
						Cavablar: 
						{1,2,3,4,5,6,7,8,9,10,11,.....}  
						
						Ədədlər çoxluğu. 
						{a,ı,o,u,e,ə,i,ö,ü}  
						
						Sait hərflər çoxluğu. 
						  
						Tədqiqat sualı: 
						İki çoxluğun birləşməsi və kəsişməsi nədir? 
						Müəllimin şərhi: 
						Dərs haqqında qısa şərh verirəm:  
						İki çoxluqdan heç olmazsa birinin elementlərindən təşkil 
						olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir. 
						Məsələn, yaşıl, qırmızı və göy rəngin birləşməsi nədir? 
						
						 
						  
						 Şagirdlər cavab verirlər: bayraq  
						
						 
						  
						İki çoxluğun ortaq elementlərindən təşkil olunmuş 
						çoxluğa bu çoxluqların kəsişməsi deyilir.  
						  
						
						A={2,4,6,8,10,12},  B={3,6,9,12,15} 
						A∩B={6.12} 
						 Tədqiqatın 
						aparılması:  
						Bu mərhələdə şagirdlərə iş vərəqlərini paylayıram.
						 
						İş vərəqi 1.  
						1. 50-dən kiçik natural ədədlər çoxluğuna daxil olan, 
						5-ə bölünən ədədlər çoxluğunu, 3-ə bölünən ədədlər 
						çoxluğunu, həm 3-ə, həm də 5-ə bölünən ədədlər çoxluğunu 
						Venn diaqramı ilə təqdim edin.  
						2. Sinifdəki şagirdlərin 18 nəfəri ingilis, 12 nəfəri 
						alman dilini öyrənir. Bu şagirdlərin 6 nəfəri həm 
						ingilis, həm də alman dilini öyrənir. Sinifdə neçə 
						şagird var? 
						İş vərəqi 2.  
						1. İkirəqəmli natural ədədlər çoxluğuna daxil olan, 10-a 
						bölünən ədədlər çoxluğunu, 15-ə bölünən ədədlər 
						çoxluğunu, həm 10-a, həm 15-ə bölünən ədədlər çoxluğunu 
						Venn diaqramı ilə təqdim edin.  
						2. Sinifdəki şagirdlərin 15-i riyaziyyat, 10 nəfəri 
						tarix fənni üzrə dərnəklərə gedir. Bu şagirdlərin 7 
						nəfəri həm riyaziyyat, həm tarixə gedir. Sinifdə neçə 
						şagird var? 
						İş vərəqi 3.  
						1. 30-dan böyük, 50-dən kiçik olan, 2-yə bölünən ədədlər 
						çoxluğunu, 3-ə bölünən ədədlər çoxluğunu, həm 2-yə, həm 
						də 3-ə bölünən ədədlər çoxluğunu Venn diaqramı ilə 
						təqdim edin.  
						2. Sinifdə 30 şagird var. Bunlardan 18-i futbola,16-sı 
						voleybola gedir. Neçə şagird həm futbol, həm də 
						voleybola gedir? 
						İş vərəqi 4.  
						1. 30-dan kiçik natural ədədlər çoxluğuna daxil olan, 
						2-yə bölünən ədədlər çoxluğunu, 5-ə bölünən ədədlər 
						çoxluğunu, həm 2-yə, həm də 5-ə bölünən ədədlər 
						çoxluğunu Venn diaqramı ilə təqdim edin.  
						2. Sinifdə 25 şagird var. Bunlardan 15-i riyaziyyat,13-ü 
						isə ədəbiyyat dərnəyinə gedir. Neçə şagird hər iki 
						dərnəyə gedir? 
						İnformasiya mübadiləsi:  
						Bu mərhələdə hər qrupdan bir nümayəndə qrup işini təqdim 
						edir.  
						İnformasiya müzakirəsi: 
						Şagirdlərə bu gün öyrəndikləri haqqında suallar verirəm:
						 
						1. İki çoxluğun birləşməsi və kəsişməsi nədir? 
						2. Çoxluqların birləşməsi və kəsişməsini Venn diaqramı 
						ilə necə göstərmək olar? 
						Nəticə və ümumiləşmə:  Tədqiqat sualına nəzər salaraq 
						çoxluqlar haqqında öyrənilən bilikləri ümumiləşdiririk.
						 
						Ev tapşırığı:  
						(yaradıcı tətbiqetmə) Ev tapşırığı olaraq daha çox 
						şagirdlərdə yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasına 
						kömək edən tapşırıqlar verirəm. 
						
						
						 
						1. Azərbaycan ərazisindən keçən çay adlarından ibarət 4 
						elementli çoxluq yazın.  
						2. Şagirdlərə çoxluqların birləşməsi və kəsişməsini 
						gündəlik həyatımıza tətbiq edərək bir neçə nümunə 
						göstərmək tapşırıram.  
						Qiymətləndirmə: 
						Qiymətləndirməni iki cür edirəm. Həm qrup işini, həm də 
						fərdi qiymətləndirmə aparıram.  
						    
						 Qiymətləndirmə 
						( qrup işi)  
							
								| 
								
								Qruplar | 
								
								Əməkdaşlıq | 
								
								Təqdimat | 
								
								Vaxtdan səmərəli istifadə |  
								| 
								
								I qrup | 
								
								  | 
								
								  | 
								
								  |  
								| 
								
								II qrup | 
								
								  | 
								
								  | 
								
								  |  
								| 
								
								III qrup | 
								
								  | 
								
								  | 
								
								  |  
								| 
								
								IV qrup | 
								
								  | 
								
								  | 
								
								  |    |