Bakı
Dövlət Universiteti tələbələrinin "Gənc istedadlar"
liseyində keçdikləri pedaqoji təcrübənin yekun konfransı
olub. Tədbiri giriş sözü ilə BDU-nun tədrisin təşkili və
təlim texnologiyaları üzrə prorektoru, professor İradə
Əliyeva açıb. Konfransın əhəmiyyətindən danışan
prorektor tələbələrin işini yüksək qiymətləndirib,
onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
BDU-nun sosial elmlər və psixologiya fakültəsinin III
kurs tələbəsi Azadə Əlizadə "Qiymətləndirmənin pedaqoji
və psixoloji tərəfləri", filologiya fakültəsinin IV kurs
tələbəsi Şəfəq Muradova "Tədris prosesində yeni təlim
metodlarından istifadə", kimya fakültəsinin IV kurs
tələbəsi Sahilə İzzətli "Müəllim şərəfli peşədir",
coğrafiya fakültəsinin IV kurs tələbəsi Səadət Sadiqova
"Coğrafiya kurikulumlarında məzmun standartlarının
təhlili", fizika fakültəsinin IV kurs tələbəsi Aytən
Kərimova "Fizika dərslərində şagirdlərdə elmi
dünyagörüşün formalaşdırılması" mövzularında çıxış
ediblər.
Konfrans professorlar Ləzifə Qasımova, Qasım Hüseynov,
Məmməd Yaqublu, dosent Hüseyn Əsgərovun çıxışı və
müzakirələrlə başa çatıb. |