| 
						 
						
						 Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil 
						məktəb şagirdlərinin mütaliə vərdişlərinin 
						təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin 
						formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 
						2014-cü il tarixli, 1279 nömrəli əmrinə uyğun olaraq, 
						şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli 
						nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq 
						səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər 
						tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, 
						mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən 
						şagirdləri aşkara çıxarıb rəğbətləndirmək və mütaliəyə 
						meyil və maraqlarını gücləndirmək üçün onların arasında 
						sağlam rəqabət yaradılmasına nail olmaq məqsədilə 
						"Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında 
						Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. 2015-2016-cı dərs ilində ölkə üzrə ümumtəhsil 
						məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə 
						"Ədəbiyyat biliciləri" müsabiqəsi keçirilsin. 
						
						
						2. "Ədəbiyyat biliciləri" müsabiqəsinin ölkə mərhələsini 
						keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq olunsun (1 
						nömrəli əlavə). 
						
						
						3. "Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsi 
						qaydaları" təsdiq edilsin (2 nömrəli əlavə). 
						
						
						4. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə 
						Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon 
						(şəhər) təhsil şöbələrinə, bilavasitəNazirlik 
						tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın 
						ki, bu əmrin məzmun və mahiyyəti ilə əlaqədar ümumtəhsil 
						məktəblərinin pedaqoji kollektivlərində, şagird və 
						valideynlər arasında ətraflı izahat işləri aparılmasını, 
						müsabiqənin müəyyən edilmiş qaydalara tam uyğun 
						keçirilməsini, həmin məsələnin yerli KİV-lərdə 
						işıqlandırılması üçün lazımi tədbirlər görülməsini təmin 
						etsinlər. 
						
						
						5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə 
						"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və 
						Nazirliyin internet saytında yerləşdirilməsini təmin 
						etsin. 
						
						
						6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova 
						həvalə olunsun.  
						
						
						
						Mikayıl CABBAROV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						1 may 2015-ci il  
						 
						
						
						
						Əlavə:  
						
						
						
						
						“Ədəbiyyat biliciləri” müsabiqəsinin 
						ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi  
						
						
						
						
						“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi 
						Qaydaları   |