| 
						 
						
						 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 
						29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş 
						"Ümumi təhsil pilləsində təhsil haqqında dövlət 
						sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 
						2.3-cü bəndinə uyğun olaraq, ümumi təhsil 
						müəssisələrində ümumi orta təhsil üzrə  xüsusi nümunəli 
						şəhadətnamə almağa namizəd şagirdlərin 
						müəyyənləşdirilməsi prosesini tənzimləmək məqsədilə 
						"Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında 
						Əsasnamə"nin 8.26-cı və13.5-ci bəndlərini rəhbər 
						tutaraq     
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. "Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə 
						xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin 
						müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə 
						olunur). 
						
						
						2. İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu 
						əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında 
						yerləşdirilməsini, "Azərbaycan müəllimi" qəzetində dərc 
						olunmasını, həmçinin çoxaldılaraq Nazirliyin aidiyyəti 
						struktur bölmə və qurumlarına  çatdırılmasını təmin 
						etsin.  
						
						
						3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova 
						həvalə olunsun.  
						
						
						
						Mikayıl CABBAROV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						1 may 2015-ci il 
						 
						
						
						
						Əlavə: 
						
						
						
						
						Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə 
						xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin 
						müəyyənləşdirilməsi Qaydası  |