Gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik
Musiqi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün
5 nömrəli Respublika xüsusi internat məktəblərinin
şagirdləri Türkiyənin İstanbul şəhərində keçirilən
IX "Gülən çocuq" festivalında iştirak ediblər.
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin
dəstəyi ilə təşkil edilən festival şənliklərinə bu
təhsil ocaqlarından 10 nəfər şagird qatılıb. Musiqi
məktəbinin iki müəllimi Ramiz Əzizov, Vüsal
Qəhrəmanov və Sağlamlıq imkanları məhdud uşaqlar
üçün 5 nömrəli xüsusi internat məktəbinin uşaq
və gənclər birliyinin rəhbəri Xoşqədəm Əhmədova
qızlardan və oğlanlardan ibarət olan qruplara rəhbərlik
ediblər.
Şagirdlər festivalda uğurlu proqramla çıxış
etdikləri üçün "Qala" gecəsinin konsert
proqramına da dəvət olunublar. Sevindirici haldır ki,
ölkəmizi təmsil edən yeniyetmə istedad sahibləri
tədbirin sonunda Türkiyənin məşhur telekanallarından
olan TV-8-ə dəvət alıb, canlı yayım proqramında öz
məharətlərini bir daha nümayiş etdiriblər. Festivalda
iştirak edən şagirdlər vətənə diplom və medallarla
dönüblər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |