| 
						 
						
						Məktəbin birinci siniflərinə görmə qabiliyyəti 0,05-dən 
						0,3-ə qədər və ondan yuxarı olan, habelə görmə 
						qabiliyyətini itirmiş 7- 10 yaşlı uşaqlar qəbul 
						olunurlar. 
						
						
						Məktəb həmçinin ümumi təhsil məktəblərində oxuduğu 
						müddətdə görmə qabiliyyəti zəifləmiş uşaqları da müvafiq 
						siniflərə qəbul edir. 
						
						
						Məktəbdə şagirdlərə ümumi təhsillə yanaşı, musiqi və 
						peşə ixtisasları da verilir. 
						
						
						Məktəb tam müasir avadanlıqlarla təmin olunmuş, müasir 
						tələblərə cavab verən hər növ musiqi alətləri 
						şagirdlərin istifadəsinə verilmişdir. 
						
						
						Şagirdlər tam dövlət hesabına yataqxana, paltar və 4 
						dəfə yeməklə təmin olunur. 
						
						
						Bundan əlavə ayda hər uşağa 20 manat müalicə üçün pul 
						verilir. 
						
						
						Məktəbin Azərbaycan və rus  bölmələri var. 
						
						
						Məktəbə daxil olmaq istəyənlər aşağıdakı sənədləri 
						təqdim etməlidirlər: 
						
						
						-  Direktorun adına ərizə; 
						
						
						-  Uşağın fərdi vərəqəsi ( tibbi sənəd 
						); 
						
						
						-  Yaş kağızının əsli və surətinin 
						notariat təsdiqi; 
						
						
						-  Görmə qabiliyyətinə dair arayış və 
						göz institutundan tibbi rəy;  
						
						
						-  2 foto şəkil 3x4; 
						
						
						-  Valideynin iş yerindən və  yaşayış  
						yerindən arayış;  
						
						
						-  Ailə tərkibi haqqında arayış;
						 
						
						
						-  Uşaq məktəbəhazırlıq mərhələsindən 
						keçdiyi haqda arayış; 
						
						
						-  Valideynlərin şəxsiyyət vəsiqəsinin 
						surəti və notariat təsdiqi. 
						
						
						  
						
						
						Ərizələr sentyabrın 10-dək qəbul olunur. Dərslər 
						sentyabrın 15-dən başlanır.  
						
						
						Məktəbin ünvanı: 
						Bakı şəhəri,  
						
						
						Fətəli xan Xoyski prospekti, 77. 
						
						
						
						Telefonlar: 
						564-25-27    564-72-61. 
						
						
						
						Məktəbə 26, 6, 67, 25, 69, 38, 10 nömrəli avtobuslarla 
						və metronun "Gənclik" stansiyasından gəlmək olar. 
						
						
						  
						
						
						
						DİREKTORLUQ   |