| 
								 
						
								
						   | 
							
							
								|   | 
							
							
								| 
								 
								
								Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən 
								idman məktəblərindən I Avropa Oyunlarında 
								iştirak edəcək idmançılar 
								
						
						 KƏRİM BAĞMAN OĞLU MUSAYEV  
								
								
								1987-ci ildə Füzuli rayonunda anadan olub. 
								2005-ci ildə Bakı şəhər 260 nömrəli tam orta 
								məktəbi bitirib. 1999-cu ildən idmanın badminton 
								növü ilə məşğul olur. Məşqçisi Cavanşir 
								Əlizadədir. 2007-2012-ci illərdə Azərbaycan 
								Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 
								təhsil alıb. Hazırda Bakı şəhər 7 nömrəli İOEUG 
								Tennis İdman Məktəbində məşqçi-müəllim işləyir. 
								
								
								2010-cu ildə idman ustası adına layiq görülüb. 
								Dəfələrlə badminton  üzrə Bakı və Azərbaycan  
								çempionu olub.  2013-cü ildə İndoneziyada 
								keçirilən III İslam Həmrəyliyi Oyunlarında 
								komanda hesabında IV yerə layiq görülüb.  | 
							
							
								
								
  | 
							
							
								| 
								 
						
						 HACI AZƏR OĞLU ƏLİYEV  
								
								
								1991-ci ildə Naxçıvanda anadan olub. 2002-ci 
								ildən Abşeron Rayon Uşaq-Gənclər İdman 
								Məktəbinin sərbəst güləş bölməsində məşğul olur. 
								Məşqçisi Azərbaycan Respublikasının əməkdar 
								məşqçisi Elman Əzimzadədir. 2014-cü ildə 
								Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
								Akademiyasını bitirib. 2010-cu ildə idman ustası 
								normativini yerinə yetirib. 2015-ci ildə 
								"Əməkdar idman ustası" fəxri adına layiq görülüb.  
								 
								
								
								2012-ci ildə sərbəst güləş üzrə Dünya Kubokunun 
								qalibi olub. 2013-cü ildə Tələbələrin  Ümumdünya 
								Universiadasında III yeri tutaraq bürünc medal 
								alıb. 2014-cü ildə Finlandiyada keçirilən Avropa 
								çempionatının qızıl medalçısıdır. Həmin il 8-9 
								sentyabr tarixlərində Özbəkistanın paytaxtı 
								Daşkənd şəhərində  keçirilən dünya çempionatında 
								da I yeri tutaraq qızıl medal alıb.   | 
							
							
								
								
  | 
							
							
								| 
								 
						
						 ABDULLA İLQAR OĞLU HƏSƏNOV 
								
								  
								
								
								1997-ci il yanvarın 8-də Sumqayıt şəhərində 
								anadan olub. 2014-cü ildə Sumqayıt şəhər 13 
								nömrəli tam orta məktəbi bitirib. 2009-cu ildən 
								Bakı şəhər 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya 
								Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində 
								idmanın qılıncoynatma növü ilə məşğul olur. 
								Məşqçisi Həcibal Əhmədovdur.  
								
								
								 Azərbaycan və Bakı çempionudur. 2010-cu ildə 
								Türkiyənin Antalya şəhərində keçirilən 
								beynəlxalq yarışda II yeri, 2011-ci ildə Bursa 
								şəhərində keçirilən beynəlxalq turnirdə III yeri 
								tutub. 2011-2014-cü illərdə keçirilmiş Dünya 
								Kuboku, dünya, Avropa çempionatlarında iştirak  
								edib. 2014-cü  ildə Gürcüstanda keçirilən Avropa 
								Kubokunda  və beynəlxalq turnirdə III yerə 
								çıxıb.   | 
							
							
								
								
  | 
							
							
								| 
								 
						
						 CAVANŞİR CAHANGİR OĞLU SƏFƏROV  
								
								
								1997-ci il yanvarın 27-də Moskva şəhərində 
								anadan olub. 2012-ci ildə Bakı şəhəri 189 
								nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 
								Hazırda Bakı Qida Sənayesi Kollecində 3-cü 
								kursda oxuyur. 2004-cü ildən Bakı şəhər 8 
								nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 
								Uşaq-Gənclər İdman Məktəbində idmanın 
								qılıncoynatma növü ilə məşğul olur. Məşqçisi 
								Cahangir Səfərovdur.  
								
								
								 2012-ci ildə Azərbaycan çempionu olub, 2013-cü 
								ildə İranda keçirilən Dünya Kubokunda II, 
								2014-cü ildə Azərbaycan çempionatında III yerə 
								çıxıb.  2014-cü il sentyabrın 23-də Gürcüstanda 
								beynəlxalq turnirdə I yeri tutub.   | 
							
							
								
								
  | 
							
							
								| 
								 
						
						 ORXAN ZAKİR OĞLU QƏLƏNDƏROV 
								
								
								  
								
								
								1988-ci il iyulun 11-də Gürcüstan 
								Respublikasının Marneuli  şəhərində anadan olub. 
								2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi 
								və İdman Akademiyasını bitirib. 
								
								
								 2001-ci ildən idmanın badminton növü ilə məşğul 
								olur, idman ustasıdır. Dəfələrlə Azərbaycan 
								çempionu olub. 2008-2012-ci illərdə böyüklər 
								arasında Azərbaycan birinciliyində qalib gəlib. 
								2008-ci ildə İran İslam Respublikasında 
								keçirilən beynəlxalq turnirdə bürünc medal alıb. 
								
								
								Hazırda Bakı şəhər 2 nömrəli  İxtisaslaşdırılmış 
								Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman 
								Məktəbində məşqçi-müəllim işləyir.  | 
							
							
								
								
  | 
							
							
								| 
								 
								
								  BİLURƏ ELŞƏN QIZI EMİNOVA  
								
								
								1986-cı il avqustun 6-da Sumqayıt şəhərində 
								anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi 
								və İdman Akademiyasını bitirib. 1995-ci ildən 
								idmanın stolüstü tennis növü ilə məşğuldur. Bu 
								idman növü üzrə ustalığa "Təhsil" Respublika 
								İdman Mərkəzinin Sumqayıt filialında yiyələnib. 
								2003-cü ildə idman ustası adı alıb. 
								
								
								Dəfələrlə Sumqayıt, Bakı, respublika çempionu 
								olub. Beynəlxalq yarışlarda iştirak edəcək 
								mükafatçılar sırasında yer alıb. 
								
								
								2004-cü ildən yetirməsi olduğu "Təhsil" 
								Respublika İdman Mərkəzinin Sumqayıt filialında 
								məşqçi-müəllim işləyir.   |