| 
						 
						
						Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 
						"Rənglərə köçürülmüş dünyam" adlı sərgi keçirilib. 18 
						may-Beynəlxalq  Muzeylər Gününə həsr olunan sərgidə Bakı 
						şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin 
						"Günəş" rəsm studiyasında məşğul olan uşaqların müxtəlif 
						mövzularda çəkdikləri 40-a yaxın rəsmləri nümayiş  
						olunub. 
						
						
						Bildirilib ki, yeniyetmə rəssamların yaradıcılıq 
						nümunələri İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çexiya, 
						Rusiya, Slovakiya, Hindistanda və s. keçirilən 
						beynəlxalq müsabiqələrdə daim  fərqlənib. Sərgidə 
						Uluslararası Aktivist Sənətçilər Birliyinin, "Yeni 
						Gallery" Bakı İncəsənət Mərkəzinin nümayəndələri, 
						sənətşünaslar, rəssamlar və  muzey əməkdaşları iştirak 
						ediblər. 
						
						
						Sonda ən yaxşı rəsmləri ilə  fərqlənən məktəblilərə 
						diplomlar təqdim olunub. 
						
						  
						
						
						
						Sifai SƏFƏROVA, 
						"Azərbaycan müəllimi"   |