Bakı şəhər 91 nömrəli tam orta məktəbdə Azərbaycanın
xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr
edilmiş yubiley gecəsi keçirilib. Öncə məktəbin
direktoru Svetlana Zülfüqarova tədbir haqqında
qonaqlara məlumat verib. Sonra tədbir iştirakçıları
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilmiş guşə
ilə yaxından tanış olub, fənn kabinetlərində olublar.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən
Aybəniz Qəhrəmanova, Sədaqət Tahirova və Sevinc Rzayeva
şairin həyat və yaradıcılığı haqqında çıxış ediblər.
Şagirdlər Bəxtiyar Vahabzadənin şeirlərini söyləyib,
mahnı oxuyub, ədəbi-bədii kompozisiya nümayiş
etdiriblər.
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin
professoru İfrat Əliyeva, universitetin müasir
Azərbaycan dili kafedrasının müdiri, professor Telman
Hüseynoğlu Bəxtiyar Vahabzadə haqqında öz xoş
xatirələrini danışıblar.
Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və
yaradıcılığına həsr olunmuş videoçarx nümayiş
etdirilib.
Tədbir diskussiya şəklində başa çatıb. |