Harvard Universitetində təhsil alan ən gənc azərbaycanlı
tələbə Əlikram İsayevlə söhbət
Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Əlikram Tofiq oğlu İsayev 1990-cı il
mayın 7-də İmişli rayonunda anadan olub. 2007-ci ildə
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq
ixtisasına qəbul olunub. 2011-ci ildə BDU-nu fərqlənmə
diplomu ilə bitirib. 2009-cu ilin iyun-avqust aylarında
ABŞ-ın Massaçusets ştatının Boston şəhərində fəaliyyət
göstərən Harvard Universitetində yay tətili müddətində
ingilis dili kursu keçib. 2011-ci ildə aprel-may
aylarında Ombudsman aparatında təcrübə keçib. 2012-ci
ildə Aparatda işə qəbul olunub. İşlədiyi müddət ərzində
magistratura pilləsi üzrə imtahan verərək bir çox ali
təhsil müəssisələrindən ictimai siyasət və idarəetmə
ixtisasları üzrə (Harvard, Kolumbiya, Corc Vaşinqton,
Amerika universitetləri və s.) qəbul təklifləri alıb.
Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində ABŞ-ın Massaçusets ştatının Boston
şəhərində fəaliyyət göstərən, dünya universitetləri
arasında 1-ci olan Harvard Universitetinin Kennedi adına
Dövlət İdarəçilik Məktəbində təhsil alır.
Məktəbdə oxuduğum illərdə demək olar ki, bütün fənlərə
üstünlük verirdim. Ancaq humanitar sahəyə marağım daha
çox idi. Ali məktəblərə keçirilən test imtahanlarında
yüksək bal topladığıma görə Azərbaycan Respublikası
Təhsil Nazirliyi və İmişli Rayon İcra Hakimiyyəti
tərəfindən mükafatlandırılmışam. İdmanla məşğul olmağa
da böyük həvəsim var idi. Ən çox futbol və çoxnövçülüklə
maraqlanırdım.
Xaricdə təhsil hər zaman öncül məqsədlərimdən biri
olmuşdur. Düzü, birinci il xaricdə təhsil almaq cəhdim
uğursuzluqla nəticələndi. 2012-ci ildə sənədlərimi bir
çox xarici universitetlərə göndərmişdim, lakin əsas
məqsədim Harvard Universitetinə qəbul olunmaq idi.
Həmin il bir çox ali təhsil müəssisələrindən, eləcə də
Böyük Britaniyanın nüfuzlu London İqtisadiyyat və
Siyasi Tədqiqatlar Məktəbindən (London Schoold of
Economics and Political Sciences LSE) qəbul təklifləri
almışdım, ancaq getmədim. Düşündüm ki, 1 il də
gözləyib Harvarda qəbul olmaq daha yaxşı olar. Düzü, mən
22-23 yaşlarımda Harvard Universitetində təhsil almaq
istədiyimi deyəndə, ətrafımdakılar bunu mümkünsüz kimi
qəbul edirdilər. Ancaq zaman göstərdi ki, heç də
mümkünsüz deyilmiş. Beləliklə də Harvard Universitetinin
Kennedi Məktəbinə ən gənc azərbaycanlı tələbə kimi qəbul
olundum. Digər azərbaycanlılara, xüsusən də xaricdə
təhsil almaq istəyənlərə məsləhət görərdim ki, heç bir
işə mümkünsüz kimi baxmasınlar. Ailə üzvlərim
tərəfindən Amerikada təhsil almaq istəyim çox yaxşı
qarşılandı və ilk gündən bu günə kimi çox dəstək
olurlar.
"Dövlət Proqramına qəbul olunmağım
xəbərinə çox sevinmişdim"
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı
gənclərimizin dünyanın nüfuzlu ali məktəblərində təhsil
almasına gözəl imkanlar yaradır. Bu proses ən layiqli
tələbələrin yüksəkixtisaslı mütəxəssislər kimi
yetişməsinə xidmət edir, mən seçim prosesini çox müsbət
qiymətləndirirəm. Bizim tələbələrin əsas məqsədi yüksək
və müasir təhsil alaraq vətənə dönmək, ölkəmiz üçün
çalışmaqdır.
Dövlət Proqramına qəbul olunmağım xəbərinə çox
sevinmişdim. Proqramın əhəmiyyəti böyükdür. Azərbaycan
dövlətinin xaricdə təhsilə bu qədər diqqət göstərməsi
təqdirəlayiq bir haldır. Bu proqramı Azərbaycanda
iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması,
ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi
naminə dünyanın qabaqcıl təhsil ocaqlarında mütəxəssis
hazırlanması kimi qiymətləndirmək olar. Digər
ölkələrdən olan tələbələrlə ünsiyyət vaxtı onlara
proqram barədə məlumat verirəm. Amerikada müxtəlif
ölkələrdən olan əcnəbi tələbələr proqramı çox gözəl
qarşılayırlar və təhsil sahəsində olan mühüm bir yenilik,
inkişaf olduğunu qeyd edirlər.
Hazırda ölkəmizdə uğurlu təhsil islahatları aparılır.
Biz, xaricdə təhsil alan tələbələr ölkəmizin təhsil
sistemində və digər sahələrdə baş verən keyfiyyət
dəyişikliklərini diqqətlə izləyirik. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" dünya təhsil standartlarına cavab verən
mühüm fəaliyyət proqramıdır. Bütün bu işlərdə biz
Təhsil Nazirliyinin apardığı düzgün, düşünülmüş strateji
xəttini aydın görürük.
"Barak Obama, Corc Buş kimi məzunları
olan universitetdə təhsil alıram"
Təhsil aldığım Harvard Universiteti dünyanın bir
nömrəli ali təhsil ocağıdır. Dünya reytinqlərində bu
universitet davamlı şəkildə liderlik mövqeyini
saxlamaqdadır. Böyük Britaniyanın Times Higher
Education jurnalının 2015-ci il üzrə dünyanın 100 ən
yüksək nüfuza malik universitetinin siyahısına Harvard
Universiteti başçılıq edir. Hazırda Harvard
Universitetinin Kennedi adına Dövlət İdarəçilik
Məktəbində ictimai (dövlət) siyasəti ixtisası üzrə
magistr təhsili alıram. Harvardın alimləri və nüfuzlu
şəxsiyyətləri, məzunları sırasında sabiq prezident
Corc Buş, indiki prezident Barak Obama, BMT-nin Baş
katibi Pan Gi Munun adlarını misal çəkmək olar.
Dərs prosesi çox gərgin keçir. Kitablara münasibətimin
yaxşı olmasına baxmayaraq, mütaliə üçün çox da vaxtım
olmur. Dərslərin çoxluğu buna imkan vermir. Ümumi
olaraq tələbə həyatım yaxşı keçir. Yaşadığım Boston
şəhəri haqqında qışın sərt havasını istisna etməklə
ancaq müsbət fikirlər söyləmək olar. Akademik mühitin
olması şəhərin böyük üstünlüklərindən biridir. Boston
ilə Bakı arasında 9 saatlıq bir vaxt fərqi var. Hər
səfərimdə bir neçə günümü adaptasiya prosesinə sərf
edirəm və itirdiyim günlərə görə heyfslənirəm.
"Tələbə semestr ərzində bir dəfə
professoru nahara dəvət edə bilər"
Harvard Universitetini dünyanın digər ali məktəblərindən
fərqli edən məqamlar çoxdur. Universitetdə müəllim-
tələbə münasibəti müəllimə və tələbəyə görə fərqlənir,
ancaq ümumi olaraq səmimi, dostluq münasibətləri
müşahidə edilir. Maraqlı məqamlardan ən əsası olaraq
onu deyə bilərəm ki, hər semestr tələbənin bir
professoru nahara dəvət etmək kimi şansı olur. Bu isə
tələbələr üçün professorla daha rahat fikir mübadiləsi
etmək üçün yaxşı bir fürsətdir. Harvard Universiteti
mənim üçün fərqli düşüncə tərzi, unikal təhsil, fərd
olaraq inkişaf imkanları, gələcək karyeramın başlanğıcı
deməkdir. Universitetin maddi-texniki bazası, müəllim
heyəti və dərs metodologiyasında olan üstünlüklər onu
dünyanın hər hansı ali məktəbindən fərqləndirən
faktorlardandır.
Qeyd etməliyəm ki, xaricdə təhsil almaq böyük bir
uğurdur, şansdır. Əldə olunan bilikləri xaricdə təhsil
almayan həmvətənlərlə paylaşmaq önəmlidir. Bu fərqli bir
təcrübədir. İnsanın bir fərd, şəxsiyyət kimi
formalaşmasında, müstəqil həyata başlamasında böyük
əhəmiyyətə malikdir.
Azərbaycan
haqqında
Harvard
Universitet
qəzetində
Azərbaycanlı
tələbələr
bir çox
Avropa,
Asiya
və
Amerika
universitetlərində
ölkəmizin
təbliği
üçün
tələbə
cəmiyyətləri
yaradıblar.
Bununla
belə,
həmin
cəmiyyətlərin
yaradılması
üçün
yetərli
sayda
azərbaycanlı
tələbələrin
olması
vacibdir.
Harvard
Universitetində
təhsil
alan
azərbaycanlı
tələbələrin
sayının
az
olması
bu
il
bizə
tələbə
cəmiyyəti
(klubu)
yaratmağa
imkan
vermədi.
Lakin
Bostona
gələrkən
Azərbaycan
haqda
kifayət
qədər
suvenir,
kitab
və
s.
gətirərək
buradakı
tələbə
yoldaşlarıma,
müəllimlərə,
dostlarıma
payladım.
Düşünürəm
ki,
bu,
ölkəmizlə
bağlı
edə
biləcəklərimizin
qarşısında
çox
kiçik
işlərdir.
Bostonda
diaspora
təşkilatı
olmadığı üçün
Vaşinqtonda
olan
səfirliklə
əlaqə
saxlayırıq.
Bu
ilin
mart
ayında
ilk
dəfə
olaraq
Harvard
Universitetində
çox
gözəl
Azərbaycan
gecəsi
təşkil
etdik.
İlk
dəfə
olaraq
"Azərbaycan:
Qədim
əlaqələr,
gələcəyin
diyarı"
adlı
mədəniyyət
tədbiri
keçirildi.
Mədəniyyət
tədbiri
çərçivəsində
izləyicilər
ölkəmizi
müxtəlif
aspektlərdə
-
tarixini,
müasir
inkişafını,
klassik
və
modern
incəsənətini
videoçarxlarda
görmək
imkanı əldə
etdilər.
Azərbaycana
xas
olan
milli
suvenirlərin
pulsuz
olaraq
qonaqlara
paylanılması
da
xüsusi
marağa
səbəb
oldu.
Tədbirdə
ümummilli
lider
Heydər
Əliyevin
ABŞ
ilə
əməkdaşlığa
xüsusi
önəm
verdiyi,
bu
siyasətin
hazırda
Azərbaycan
Prezidenti İlham
Əliyev
tərəfindən
uğurla
davam
etdirildiyi
xüsusilə
vurğulandı.
Tədbirdə
Türkiyənin
Boston şəhərindəki
konsulu Ömür
Budak
və
Vaşinqton
səfirliyinin
nümayəndələri
iştirak
etdilər.
Bir
neçə
gündən
sonra
isə
gecə
ilə
bağlı
Harvard
Universitetinin
Kennedi
Məktəbinin
həftəlik
tələbə
qəzetində
də
məqaləm
yer
aldı.
"Vətənimə
layiqincə
xidmət
edəcəyəm"
Gələcək
planlarımdan
danışanda,
şübhəsiz
ki,
Azərbaycana
qayıdacağam.
Xaricdə
təhsil
almaqda
ilkin
məqsədim
təhsilimi
bitirdikdən
sonra
Azərbaycana
qayıtmaq,
orada
əldə
etdiklərimi,
gördüklərimi,
təhsilimi,
təcrübəmi
ölkəmizdə
tətbiq
etməkdən
ibarətdir.
Azərbaycan
iqtisadiyyatı
günü-gündən
inkişaf
edir.
Ölkə
rəhbərliyinin
apardığı
məqsədyönlü
siyasət
nəticəsində
Azərbaycanın
davamlı
inkişafı
təmin
olunur.
Buna
görə
də
gənclərimiz
qarşısında
geniş
imkanlar
açılır.
Mən
də
Azərbaycana
layiq
bir
vətəndaş
olacaq,
harada
olmağımdan
asılı
olmayaraq
daim
Vətənimə
layiqincə
xidmət
edəcəyəm. |