Bakı Dövlət Universitetinin (BDU) "Gənc istedadlar"
liseyində "Avropa Oyunları şagirdlərin gözü ilə" adlı
layihə həyata keçirilib.
Bu barədə BDU tələbə həmkarlar ittifaqı komitəsinin
sədri Daşqın Qənbərov AZƏRTAC-a eksklüziv müsahibəsində
məlumat verib. D.Qənbərov qeyd edib ki, layihə
"Bakı-2015" birinci Avropa Oyunlarına dəstək məqsədilə
reallaşdırılıb. Azərbaycanda keçiriləcək möhtəşəm tədbir
məktəbliləri də çox maraqlandırır.
Layihə çərçivəsində şagirdlər Avropa Oyunları ilə bağlı
təqdimatlar nümayiş etdiriblər.
BDU-da "Bakı-2015" birinci Avropa Oyunlarına sən də
qoşul!" devizi altında keçirilən təbliğat-təşviqat
kampaniyasının nəticəsi olaraq universitetin üç minədək
tələbəsinin bu tədbirə könüllü kimi qoşulduğunu
xatırladan D.Qənbərov kampaniyanın Avropa Oyunları
başlananadək davam edəcəyini bildirib. |