Təhsil
Nazirliyinin elmi-pedaqoji, metodik jurnalı "Sənətkar"ın
növbəti nömrəsi çapdan çıxıb. Aprel-iyun aylarını əhatə
edən 2-ci nömrənin ilk səhifələrində respublikanın
ümumi, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin
şagird və tələbələri arasında keçirilən iki ənənəvi
müsabiqənin yekunları haqqında materiallar verilib. Bir
qayda olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının
ildönümləri ərəfəsində keçirilən və dahi şəxsiyyətə həsr
olunan inşa müsabiqəsində peşə liseylərinin şagirdləri
də iştirak edir. Jurnal bu barədə məlumatla yanaşı
müsabiqə qalibi olan 2 peşə liseyi şagirdinin inşalarını
da dərc edib.
İfa müsabiqəsinin yekunlarına həsr olunmuş yazıda isə
müxtəlif nominasiyalar üzrə qalib olan peşə liseyləri və
kolleclərin şagird və tələbələrinin adları oxuculara
təqdim olunub.
Jurnalın "Təhsilimizin uğurları" rubrikası altında bu
nömrədə "Sənətkar"ın əməkdaşı Vüqar Səlimovanın 5
nömrəli Bakı Peşə Liseyində kadr hazırlığı layihələrinin
təqdimatı haqqındakı yazısı dərc olunub.
Jurnal "Mütəxəssis sözü" və "Müəllimə kömək" daimi
rubrikalarının hər birində 3 yazı təqdim edib.
İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan
müəllimlər üçün təcrübə tribunası rolunu oynayan jurnal
bu sayında da üç müəllimə tribuna verib.
Respublikanın qabaqcıl təhsil işçisi Kamil Ağamalıyevin
yeni nömrədə verilmiş məqaləsi ölkəmizdə dəmir yolunun
inkişafında ilk peşə-ixtisas təhsilinin roluna həsr
olunub.
Jurnalın aprel-iyun nömrəsində bir sıra digər yazılar da
dərc olunub.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |