Ümumi
təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin
iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb.
Müsabiqədə iştirak etmək üçün müraciət etmiş 3283
nəfərdən 1308 nəfər birinci mərhələdə-test imtahanında
iştirak edib.
İyunun 16-da keçirilmiş test imtahanının nəticələrinə
əsasən, 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək
hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə -
müsahibəyə buraxılıb. Müsahibənin nəticələrinə görə,
Təhsil Nazirliyi tərəfindən 175 nəfərin iş yerini
dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172
nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsi üzrə çalışan
müəllimlərdir.
Fənlər üzrə təsnifata görə, iş yerini dəyişənlərdən 36
nəfər tarix, 34 nəfər Azərbaycan dili və ədəbiyyat, 20
nəfər ingilis dili, 17 nəfər fizika, 15 nəfər
riyaziyyat, 14 nəfər coğrafiya, 11 nəfər kimya, 7 nəfər
informatika, 6 nəfər ibtidai sinif, 6 nəfər biologiya, 5
nəfər rus dili, 2 nəfər musiqi, 1 nəfər fransız dili, 1
nəfər texnologiya müəllimidir.
İş yerini dəyişən 175 müəllimin 50 nəfəri Bakı, 3 nəfəri
Gəncə, 2 nəfəri Şirvan, 2 nəfəri Abşeron, 118 nəfəri isə
digər rayon və şəhərlərdəki təhsil müəssisələrini
seçiblər.
Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən
müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə
qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il
tarixlərində aparılacaqdır.
www.edu.gov.az |