Ölkəmizin ali məktəb və kolleclərinin 17859 tələbəsi
"Bakı-2015" birinci Avropa Oyunlarında könüllü kimi
iştirak edir.
Onlardan birinci Avropa Oyunlarının açılış mərasiminə
qatılmış 5612 nəfər könüllü bağlanış mərasimində də
iştirak edəcək. 12247 nəfər əməliyyat könüllüsü isə
Avropa Oyunları ilə bağlı digər tədbirlərə dəstək verir.
Bu ilin martından könüllülük hərəkatında SABAH-ın
könüllüləri də yaxından iştirak edir.
"SABAH-ın könüllüsü" proqramı çərçivəsində Təhsil
Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin
"Bakı-2015" birinci Avropa Oyunlarına dəstəyini nümayiş
etdirmək məqsədilə interaktiv üslubda "SABAHFest" adlı
festival keçirilib. |