| 
						 
						
						 Pərviz 
						Fərhadov 1989-cu ildə   Füzuli rayonunun Bala-Bəhmənli 
						kəndində anadan olub. 1996-cı ildə Bakıdakı  45 nömrəli  
						tam orta məktəbin I sinfinə   gedib. 1998-ci ildə  
						musiqiyə olan həvəsi onu  Q.Qarayev adına 8 nömrəli uşaq 
						musiqi məktəbinə gətirib. 2004-cü ildə həmin məktəbin 
						"Xalq çalğı alətləri" şöbəsini kamança ixtisası üzrə əla 
						qiymətlərlə bitirib. 2007-ci ildə o, Azərbaycan Milli 
						Konservatoriyasına daxil olub. Heydər Əliyev Fondu, 
						Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu ilin dekabrında 
						keçirilən "Gəncləşən muğam"  layihəsində iştirak edib.  
						2011-ci ildə Azərbaycan Milli Konservatoriyasi, Təhsil 
						Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, 
						Heydər Əliyev Fondunun və Bəstəkarlar İttifaqının birgə 
						keçirdiyi  II Respublika muğam müsabiqəsinin qalibi 
						olub. II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq 
						Azərbaycanı təmsil edib. 2011-ci ilin mayında Pərviz ulu 
						öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə 
						həsr olunmuş "Xilaskar" adlı konsert proqramı ilə çıxış 
						edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
						Əliyevin  müvafiq sərəncamına əsasən Mədəniyyət və 
						Turizm Nazirliyinin Gənclər Günü münasibətilə  2012-ci 
						il fevral ayının 1-dən 11-nə kimi təşkil etdiyi 
						"Gəncliyin səsi" festivalında çıxış edib.  2012-ci ildə 
						Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi "Lider Türk 
						Dünyası -Lider genclerinin buluşma noktası" təşkilatının 
						təşkil etdiyi  konsertdə çıxış edərək   diplomlarla 
						təltif olunub. Onun  2011-ci ildə xanəndə Aytən 
						Məhərrəmova ilə birgə "Xətrinə dəymərəm"  və 2012-ci 
						ildə isə xanəndə Vüsal Zamanovla "Qarabag, canım mənim" 
						adlı musiqi albomları  işıq üzü görüb.  
						
						
						Hazırda Pərviz ADMİU-da magistr təhsili alır.  |