East London Universitetinin nümayəndələri Azərbaycan
Tibb Universitetində (ATU) olublar.
ATU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin
beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova
universitet barədə məlumat verib. Qeyd edilib ki, son
illərdə ATU-nun dörd yeni klinikası inşa olunaraq
istifadəyə verilib.
ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov
rəhbərlik etdiyi şöbənin fəaliyyətindən danışıb.
East London Universitetinin fizioterapiya proqramının
rəhbəri Liz Nichalls bu proqramın əhəmiyyətindən bəhs
edib.
Sonra fizioterapiya ixtisası üzrə rezidentura proqramı
müzakirə olunub. Gələcəkdə fizioterapiya şöbəsi üzrə
rezidentura proqramının yenilənməsinə dair fikir
mübadiləsi aparılıb. |