Sumqayıt
Şəhər Təsil Şöbəsinin Mətbuat Xidmətinin rəhbəri Kəmayıl
Namazovun redaksiyamıza göndərdiyi məlumatda
bildirilir ki, şəhərin Heydər Əliyev Mərkəzində
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"ndan irəli gələn vəzifələr"
mövzusunda zona müşavirəsi keçirilib. Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun
təşkilatçılığı ilə keçirilən müşavirədə Sumqayıt,
Xaçmaz, Cəbrayıl, Zəngilan, Şabran, Şuşa, Siyəzən, Quba,
Qusar, Qubadlı, Xızı rayon təhsil şöbələrinin
əməkdaşları və pedaqoji ictimaiyyətin nümayəndələri
iştirak edib. Müşavirəni Sumqayıt Şəhər Təhsil Şöbəsinin
müdir əvəzi Vaqif Ələkbərov giriş sözü ilə açaraq
qonaqları salamlayıb, zona müşavirəsinin məqsəd və
məramından, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" ilə bağlı ölkəmizdə,
eləcə də Sumqayıtda aparılmış əməli işlərdən danışıb.
Sonra Təhsil Problemləri İnstitutunun direktoru Qulu
Novruzov müşavirənin "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 2.1
bəndinə və TPİ-nin "Fəaliyyət Planı"na uyğun olaraq
rayon təhsil şöbələrinin metodik kabinetlərinin
fəaliyyətinin gücləndirilməsi və strategiyada nəzərdə
tutulan məsələləri müzakirə etmək məqsədilə
keçirildiyini qeyd edib.
Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər
Abbasov "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" və onun həyata keçirilməsi ilə
bağlı vəzifələr", direktor müavini Rəfiq Qəndilov "12
illik təhsilə keçid: perspektivlər", Əlavə təhsilin
kurikulumu şöbəsinin müdiri Afaq Əliyeva "Metodik
mərkəzlərin fəaliyyətinin yenidən qurulması: başlıca
istiqamətlər", İstedadlı uşaqlarla iş şöbəsinin müdiri
Elxan Bəylərov "İstedadlı uşaqlarla işin
istiqamətləri", Monitorinq və qiymətləndirmə şöbəsinin
müdiri İlham Cavadov "Şagird nailiyyətlərinin
qiymətləndirilməsi: qarşıya çıxan çətinliklər, onların
aradan qaldırılması yolları", Təhsil Texnologiyaları
Mərkəzinin direktoru Muxtar Həsənovun "Təhsil
Texnologiyaları Mərkəzinin fəaliyyəti" mövzularında
məruzələri dinlənilib və məruzələrlə bağlı geniş
müzakirələr keçirilib.
Sonda qeyd olunub ki, zona müşavirələri Azərbaycanın
daha dörd bölgəsində keçiriləcək.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |