| 
						 
						
						
						 Naftalanda 
						"Narkomaniyaya qarşı mübarizə, ağ ölümün törətdiyi 
						fəsadlar" adlı tədbir keçirilib. 
						
						
						Naftalan Rayon Təhsil Şöbəsindən məlumat  verilir ki,  
						şəhərdəki orta məktəblərdə təhsil alan yuxarı sinif 
						şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şəhər 
						polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı 
						Mübariz Mehralıyev, şəhər icra hakimiyyətinin məsul 
						işçisi Afət Mustafayeva, yetkinlik yaşına çatmayanlarla 
						profilaktik işin təşkili qrupunun üzvü, polis leytenantı 
						Vasif Quliyev çıxış edərək narkotik maddələrə 
						aludəçiliyin törətdiyi acı nəticələrdən və ona qarşı 
						aparılan mübarizədən danışıblar. 
						
						
						Məktəb direktorları, şagirdlər çıxış edərək bu dəhşətli 
						xəstəliyin qarşısının alınması üçün dövlətin həyata 
						keçirdiyi tədbirləri yüksək dəyərləndirib, bu işdə 
						cəmiyyətin üzərinə düşən vəzifələrdən söhbət açıblar. 
						
						
						Tədbirdə iştirakçıların sualları da cavablandırılıb.  |