Bakı Qida Sənayesi Kollecində Beynəlxalq Müəllimlər Günü
münasibətilə geniş tədbir keçirilib. Tədbiri Bakı Qida
Sənayesi Kollecinin direktoru Anar Mayılov açaraq,
kollektivi Beynəlxalq Müəllimlər Günü münasibətilə
təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü", "Heydər
Əliyev və təhsil", "Azərbaycan müəllimlərinin XIV
qurultayı" və "Prezident İlham Əliyev 158 nömrəli
məktəbdə" adlı videoçarxlar nümayiş etdirilib.
İctimai sosial fənn (birləşmə) komissiyasının sədri
Elnurə Nəcəfovanın məruzəsi dinlənilib. Tədbirə
kollecin 590-cı qrupunun tələbəsi Ülkər Əsədzadənin
ifasında "Müəllim" şeiri və "Əziz müəllim" mahnısı ilə
yekun vurulub.
Kollecin bədən tərbiyəsi rəhbəri Akif Kərimliyə
Bakı-2015 I Avropa Oyunlarının təşkili zamanı səmərəli
fəaliyyətinə görə Təhsil Nazirliyinin fəxri fərmanı
təqdim edilib. |