| 
						 
						  
						
						Doktoranturaya qəbul və dissertanturaya təhkimolunma 
						Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  2010-cu 
						il  01 iyul  tarixli, 129 nömrəli qərarı ilə təsdiq 
						edilmiş  "Doktoranturaların yaradılması və 
						doktoranturaya qəbul Qaydaları"na uyğun olaraq həyata 
						keçirilir. 
						
						1. Doktorantura və dissertanturaya ali təhsili olan (ali 
						təhsil pilləsinin magistratura səviyyəsini bitirən, 
						yaxud təhsili ona bərabər tutulan) Azərbaycan 
						Respublikasının vətəndaşları qəbul edilirlər. 
						 
						
						2. Doktorantura və dissertanturaya qəbul  üçün aşağıdakı 
						sənədlər  təqdim edilir: 
						- ərizə (institut 
						direktorunun adına);  
						- kadrların 
						şəxsi qeydiyyat vərəqəsi; 
						- 
						tərcümeyi-hal; 
						- iş yerindən 
						xasiyyətnamə (işləyənlər üçün);  
						- 3 ədəd foto 
						şəkil (3x4 ölçüdə); 
						- əmək 
						kitabçasından çıxarış (iş stajı olanlar üçün); 
						- çap olunmuş 
						elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş  
						ixtisas üzrə referat; 
						- ali təhsil  
						müəssisəsini bitirmək haqqında diplom və diploma 
						əlavənin müvafiq (notarial)  qaydada təsdiq edilmiş 
						surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan 
						Respublikası  və xarici  ölkə vətəndaşları  üçün  
						təhsil  haqqında  sənədlərin  tanınması barədə   
						şəhadətnamə);   
						- şəxsiyyəti 
						təsdiq edən sənəd şəxsən təqdim edilir, surəti isə digər 
						sənədlərə əlavə olunur. 
						
						  
						
						Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul 
						olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və 
						fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi 
						üçün qüvvədə olan tədris proqramları həcmində qəbul 
						imtahanları verirlər. 
						
						Dissertanturaya təhkim olunmaq istəyənlərlə müsahibə 
						keçirilir. 
						
						Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir 
						qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik 
						olmalıdırlar. 
						
						Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri 
						sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, 
						fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir 
						və "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) 
						dərəcəsi olan və buna uyğun diplomun müvafiq qaydada 
						təsdiq edilmiş surətini təqdim edən Azərbaycan 
						Respublikasının vətəndaşları qəbul olunur. Həmin 
						şəxslərlə müsahibə keçirilir. 
						
						Doktoranturaya sənədlərin qəbulu 2015-ci il   noyabr 
						ayının 7-dək, qəbul imtahanları və müsahibə  2015-ci il 
						noyabr ayının 10-dan dekabr ayının 10-dək 
						keçiriləcəkdir.  
						
						Sənədlər Azərbaycan Respublikasının Təhsil Problemləri 
						İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva  
						küçəsi, 96) elmi-pedaqoji kadr hazırlığı şöbəsində (I 
						mərtəbə, otaq 
						
						№ 7) hər gün (şənbə, bazar və 
						bayram günləri istisna olmaqla) səhər saat 10.00-dan 
						axşam saat 17.00-dək qəbul olunur. 
						
						Daha ətraflı məlumat almaq istəyənlər (012) 493-82-71; 
						(012) 493-96-21 nömrəli telefonlara zəng etməklə əldə 
						edə bilərlər.   
						
						
						DİREKTORLUQ  |