| 
						 
						
						 Azərbaycan Dillər Universitetinin adı Avropa və Mərkəzi 
						Asiya ölkələrinin ali təhsil müəssisələrinin nüfuzlu 
						reytinq cədvəlində yer alıb. Belə ki, hər il olduğu kimi 
						bu il də Avropa və Mərkəzi Asiya ölkələrinin ali təhsil 
						müəssisələrinin 2015-ci il üçün reytinq cədvəli təqdim 
						olunub. Azərbaycan Dillər Universiteti fakültə 
						tələbələrinin indeksinə görə 100 ən yaxşı universitet 
						sırasında 62-ci, akademik göstəricilərə görə 76-cı, bu 
						cədvəldə ümumi reytinqin göstəriciləri nəzərə alınaraq 
						101-ci yerdə qərarlaşıb.  
						
						
						İctimaiyyətlə əlaqələr 
						Departamenti  |