Oktyabrın 27-də Azərbaycan Dillər Universitetinin
(ADU) İnformasiya Resurs Kompleksində xeyriyyə məqsədilə
bu ali məktəbin SABAH tələbələrinin əl işləri
sərgilənib. Sərgidən əldə edilən gəlir qocalar evinin
sakinlərinə sərf olunacaq.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin
SABAH tələbələrindən ibarət “9th Generation” klubunun və
SABAH mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə ev
şirniyyatları, bəzək əşyaları, rəsm əsərləri və kitablar
nümayiş olunub.
Sərgi ilə yanaşı, tədbirdə SABAH qrupları haqqında
təqdimat olub, tələbələrdən ibarət musiqi qrupu mahnılar
ifa edib. |