Məktəb testləri dərs saatının iki faizini
təşkil etməlidir
Barak
Obama Konqresə müraciət edib
Amerika prezidenti Barak Obama bildirib ki,
standartlaşdırılmış məktəb testləri dərsə
ayrılan vaxtın 2%-dən artığını təşkil
etməməlidir. “EdSurge” saytının məlumatına
əsasən, standartlaşdırılmış testlərin
təsiri altına düşən ABŞ təhsil sistemində
böyük dəyişikliklər gözlənilir. Bu günlərdə
prezident B.Obama Konqresə müraciət edərək
dövlət təhsil müəssisələrində testlərə ayrılan
vaxtın məhdudlaşdırılmasını xahiş edib.
Ekspertlər qeyd edirlər ki, ola bilsin ki, buna
səbəb təhsil prosesinin milli
qiymətləndirilməsinin nəticələridir. Məlum olub
ki, qiymətləndirmənin yaxşılaşdırılması ilə
yoxlama işlərinə ayrılmış vaxt arasında birbaşa
əlaqə yoxdur.
Dövlət məktəbləri onsuz da təyin olunmuş rəqəmə
yaxındır. İndi səkkizinci sinif şagirdləri öz
vaxtlarının 2,34 faizini test üzərində
keçirirlər. Məktəb üzərində nəzarətin
gücləndirilməsində öz rolunu təsdiqləməklə
B.Obama administrasiyası hər halda, illik
testlərin keçirilməsinin davam etdirilməsini,
lakin bu işin daha təkmilləşdirilmiş formada
reallaşdırılmasını təklif edib. |