Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə
şəhərin ümumtəhsil məktəblərində “Azərbaycan Uşaqları”
İctimai Birliyi tərəfindən “Yaradıcı gənclərə dəstək
olaq” layihəsi çərçivəsində tədbirlərə başlanmışdır.
Aztəminatlı ailələrdən və xüsusi qayğıya ehtiyacı olan
yeniyetmə və gənclər arasında ixtisaslaşmış
fəaliyyətlərin təşkili yolu ilə gənclərin yaradıcılıq
qabiliyyətinin və təhsil imkanlarının artırılması
məqsədilə keçirilən layihədə məktəblilər fokus
qruplara bölünərək ayrı-ayrı istiqamətlər üzrə öz bilik
və bacarıqlarını təkmilləşdirirlər. Layihədə şəhərin
5, 99, 193, 212, 246 və 247 nömrəli ümumtəhsil
məktəblərinin VIII-X sinif şagirdləri də fəal iştirak
ediblər.
Dərs ilinin əvvəlindən başlayan layihəyə 2015-ci il
noyabrın sonunda yekun vurulacaqdır. Təşkil olunacaq
yekun sərgidə layihə müddətində məktəblilərin
hazırladıqları əl işləri nümayiş etdiriləcəkdir.
R.RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |