Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə
həftəsi” çərçivəsində ilk tədbir Bakı Dövlət
Universitetində təşkil edilib. Azərbaycan Tələbələr
Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli
Şurasının sədri Şahin Seyidzadənin iştirak etdiyi görüşü
BDU-nun Tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov
açaraq onun əhəmiyyətindən danışıb.
ATB-nin sədri Elvin Aslanov çıxışında “Tələbə
həftəsi”nin önəmindən, tələbələrin ölkə həyatında
tutduqları yerdən danışıb. Bildirib ki, Prezident İlham
Əliyevin ali təhsilə, tələbələrə verdiyi önəmin
göstəricisidir ki, son illərdə tələbələrin keyfiyyətli
təhsil almaları, onların sosial rifah halının
yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür,
ali təhsil sisteminin beynəlxalq keyfiyyət proqramlarına
cavab verməsi üçün lazımi addımlar atılır.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
məsləhətçisi Səbuhi Rzayev ölkəmizdə həyata keçirilən
gənclər siyasətindən və bu siyasət çərçivəsində
tələbələrə göstərilən diqqətdən bəhs edib.
Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin
Seyidzadə isə tələbələrin karyera quruculuğu işində
diqqət göstərməli olduqları məqamları vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb,
mövzu ətrafında müzakirələr aparılıb.
Mətbuat və informasiya şöbəsi |