| 
						
						
						 Dövlət 
						Bayrağı Günü münasibətilə təşkil olunan silsilə 
						tədbirlərdən biri də Bakı şəhəri 58 nömrəli tam orta 
						məktəbdə “Bayrağımız qürur mənbəyimizdir” adı altında 
						keçirildi. 
						Tədbir məktəbin 9 ”b”sinif 
						şagirdləri tərəfindən hazırlanmışdı. Onlar Azərbaycan 
						Xalq Cümhuriyyətindən dövlətimizə yadigar olan 
						bayrağımızın şəninə yazılmış şeir və mahnılardan ibarət 
						kompozisiyalarını təqdim etdilər. Həmçinin Bayraq gününə 
						həsr olunmuş, ümummilli lider Heydər Əliyevin, Prezident 
						İlham Əliyevin bayrağımıza və müstəqilliyimizə aid 
						dəyərli çıxışlarından ibarət videoçarxlar və 
						fotoslaydlar nümayiş olundu. Tədbirin ən qürurverici 
						məqamı səhnəyə xüsusi ehtiramla, şeir və musiqi sədaları 
						altında üçrəngli, müqəddəs bayrağımızın gətirilməsi oldu. 
						Tədbirin qonaqları olan Xətai Rayon İcra Hakimiyyətinin 
						məsul işçisi Tofiq Məmmədov, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin Suraxanı-Xətai rayonu metodik bölməsinin 
						müdiri Firdust Əhmədov, 165 nömrəli tam orta məktəbin 
						direktoru Nemət Məmmədov  çıxış edərək Azərbaycanın 
						Dövlət Bayrağının milli suverenliyin simvolu kimi 
						ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs  olduğunu qeyd 
						edib, şagirdlərə və tədbirin digər təşkilatçılarına belə 
						bir möhtəşəm tədbirin hazırlanmasına görə təşəkkür 
						etdilər. 
						Sonda məktəbin direktoru Ulduzxan Abdullayev çıxış 
						edərək Azərbaycanın üçrəngli  bayrağının xalqımızın 
						müstəqillik rəmzi, Bayraq Gününün dövlətimiz tərəfindən 
						təntənə ilə qeyd olunmasının Bayrağımıza olan böyük 
						ehtiramın bariz nümunəsi olduğunu  diqqətə çatdırdı. 
						Direktor qonaqlara, 9 “b “ sinfinin şagirdlərinə və 
						sinif rəhbəri Rəqsanə İbrahimovaya minnətdarlığını 
						bildirdi.   
						
						Sifai SƏFƏROVA,“Azərbaycan müəllimi”
 |