Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin
birgə təşkilatçılığı ilə “Qönçələrin çiçək dünyası”
adlı sərginin açılış mərasimi olub.
Tarix Muzeyində təşkil olunmuş sərgidə Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının və Hövsan Mədəniyyət Evinin
uşaq rəsm dərnəyinin 6-13 yaş arası üzvlərinin
çəkdikləri 67 rəsm nümayiş olunub.
Açılış mərasimində iştirak edən Milli Azərbaycan
Tarixi Muzeyinin direktoru, əməkdar elm xadimi, akademik
Nailə Vəlixanlı iştirakçıları təbrik edib və balaca
rəssamlara uğurlar arzulayıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə vaxtaşırı uşaqlar
və yeniyetmələr arasında yaradıcılıq müsabiqələrinin və
sərgilərin keçirildiyini xatırladıb. Belə tədbirlərin
istedadlı məktəbliləri daha da həvəsləndirdiyini,
gənclərin yaradıcılığını stimullaşdırdığını vurğulayan
O.Səmədov bundan sonra da uşaqların həm intellektual,
həm də yaradıcı baxımdan inkişafı üçün hərtərəfli şərait
yaradılacağını deyib.
Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının
direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva,
Hövsan Mədəniyyət Evinin direktoru Vasif Rəhimov,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev,
rəssamlar, jurnalistlər, məktəblilər iştirak ediblər.
Sərginin təşkilində xüsusi rolu olan Uşaq
Filarmoniyasının rəssamı Gilan Əzizxanlı və Bilik
Fondunun məsləhətçisi Şəlalə İsmayılova yetişməkdə olan
gənc nəslin estetik tərbiyəsində belə sərgilərin böyük
rolu olduğunu deyiblər.
Açılış mərasiminin sonunda balaca rəssamlara
təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Sərgi ilin
sonunadək davam edəcək.
Azərbaycan Respublikasının
Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
|