Şanxayda təhsil alan azərbaycanlı tələbələr Şərqi Çin
Pedaqoji Universitetində təşkil olunan ənənəvi
beynəlxalq mədəniyyət festivalında ölkəmizi uğurla
təmsil ediblər.
Festivalın məqsədi müxtəlif ölkələrdən olan tələbələrin
öz xalqlarının mədəniyyətini nümayiş etdirməklə
mədəniyyət mübadiləsini təşviq etmək olub.
Şanxaydakı müxtəlif universitetlərdə təhsil alan
tələbələrimiz Azərbaycanın zəngin mədəniyyətinə,
tarixinə, ölkənin hazırkı inkişafına və turizm
potensialına dair materiallar - kitablar, broşürlər,
şəkillər, suvenirlər nümayiş etdiriblər. Bundan başqa,
milli rəqslərimiz ifa olunub, mətbəximizin ləziz
nümunələri təklif edilib.
Azərbaycan pavilyonunun təşkilatçıları Faiq Hacıyev,
Rəna Abdullayeva və Zamir Qurbanov olub. |